Rusiya HDQ-yə məxsus raket gəmisi, arxiv şəkli

Böyük müharibə hazırlığı başlayıb: Supergüclər bölgəyə nüvə silahları toplayır

13159
(Yenilənib 12:45 12.09.2018)
Türkiyənin "Fatih" milli axtarış gəmisi də payızda bölgədə təbii sərvətlərin axtarışlarına başlayacaq

BAKI, 12 sentyabr — Sputnik. Dünyanın diqqəti Suriyanın İdlib bölgəsində keçirilən əməliyyata kilidləndiyi, dinc insanların qətliamının gündəmə gəldiyi bir vaxtda Aralıq Dənizində hərbi qüvvələrin toplanması gözdən yayınır.

Sputnik AzərbaycanHaber7”-yə istinadla xəbər verir ki, hərbi gəmilərin Aralıq dənizində toplanmasının əsl səbəbi payızda enerji mövzusunda yaşanacaq hadisələrdir. Belə ki, sentyabrın 28-i "EXXON Mobil" şirkəti bu bölgədə təbii qaz axtarışlarına başlayacaq. "Total", "Shell", "Eni", "Qatar Gas", "Noble Enerji", "Kogas" kimi nüfuzlu enerji şirkətləri də bölgədə qazma işlərinə başlamağı planlaşdırır.

Bu fonda Kiprin yunan hökumətinin Fransaya dəniz və hava bazalarından istifadə etməyə razılıq verməsiu diqqət çəkir.

Birləşmiş Ştatlar da Kiprin yunan hökumətindən ona hərbi bazalarından istifadə etmək razılığını verməsini tələb edib. Lakin Yunanıstan və Kiprin yunan hökumətinin qorxulu röyası Türkiyə donanmasıdır. Belə ki, Türkiyənin "Fatih" milli axtarış gəmisi də payızda bölgədə təbii sərvətlərin axtarışlarına başlayacaq.

Bu arada xeyli sayda gəminin cəmləşdiyi Aralıq dənizinin şərqinə yeni gəmilər də cəlb olunur. Belə ki, Böyük Britaniyaya aid sualtı nüvə gəmisi Aralıq dənizinə istiqamətlənib. Hələ də "Tomahawk" raketi ilə dolu 2 ədəd gəmini və bir ədəd sualtı nüvə qayığını Aralıq dənizində saxlayan ABŞ-ın daha bir hərbi gəmisini bölgəyə göndərməsi İdlibdəki kimyəvi silah ssenarisinə hazırlıq kimi dəyərləndirilir. Fransa da uzun müddətdir ki, gəmilərini Aralıq dənizinin şərqində yerləşdirib. Rusiya da Aralıq dənizindəki varlığını hər gün artırır.

Bu tablonun arxasında gizli məqamlar dayanır. Belə ki, bir müddət əvvəl həmin bölgədə dünyanın ən böyük təbii qaz ehtiyatları yataqlarından biri aşkarlanmışdı.

13159
Teqlər:
hava bazaları, sualtı qayıq, gəmi, nüvə, Aralıq dənizi, Fransa, Rusiya, ABŞ
Raket buraxılışı, arxiv şəkli

Rusiya ABŞ-ın Avropadakı hipersəsli raketlərlə bağlı açıqlamasına cavab verdi

16
(Yenilənib 16:14 29.10.2020)
"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur"

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ milli təhlükəsizlik müşaviri Robert O'Brayenin Rusiyanı cilovlamaq üçün Avropada hipersəs silahları və ballistik raketlər yerləşdirməyə hazır olduqlarına dair açıqlamasına reaksiya verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfir bu addımın Avropada raket silahlanma yarışının başlamasına rəvac verəcəyini bildirib.

"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur. Əgər Vaşinqton həqiqətən "silahlanma üzərində real nəzarət"də maraqlıdırsa, o zaman Avropa qitəsində raket silah yarışının eskalasiyasına ehtiyac yoxdur", – deyə Antonov səfirliyin "Facebook" səhifəsində yayımlanan şərhdə bildirib.

Diplomat Prezident Vladimir Putinin Orta və Qısa Mənzilli Raketlərin ləğvi haqqında Müqavilənin (INF) deeskalasiyası vəziyyətində irəli sürdüyü təklifləri "konstruktiv alternativ" adlandırıb.

"Rusiya Avropa qitəsində və dünyanın digər bölgələrində yeni bir raket silahlanma yarışının qarşısını almaq üçün xarici tərəfdaşlarla ortaq səylər göstərməyə hazırdır", – deyə Antonov bildirib.

Qeyd edək ki, INF Müqaviləsi qlobal strateji sabitliyi təmin etmək məqsədi daşıyırdı. 2019-cu ilin avqust ayında ABŞ Rusiyanı qadağan edilmiş 9M729 raketini hazırlamaqda və sınaqdan keçirməkdə günahlandıraraq müqavilədən çıxıb. Moskva isə bəyan edib ki, o, yolverilən radiusda – 500 kilometrdən qısa məsafədə hərəkət icazəsinə sahibdir.

Xatırladaq ki, oktyabrın 26-da Vladimir Putin INF Müqaviləsi başa çatması fonunda gərginliyi azaltmaq üçün müəyyən addımlar atmağı təklif edib. Rusiya lideri qarşılıqlı razılaşma prinsipinə əsaslanan nəzarət mexanizmlərinin işlənib-hazırlanmasının vacibliyini vurğulayıb.

16
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Rusiyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb 366 ölü

13
(Yenilənib 15:15 29.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1581693-ə çatıb. Rusiyada pandemiya yayılandan 27301 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 14740-a çatıb

BAKI, 29 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 17717 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 366 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1581693-ə çatıb. Rusiyada pandemiya yayılandan 27301 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 14740-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 44,4 milyonu keçib, 1,17 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

13
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Kritik vəziyyət: Gürcüstanda 20, Ermənistanda 29 nəfər koronavirusdan öldü
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
Koronavirus daha tez öldürməyə başlayıb
Bill Qeyts koronavirusa qalib gəlməyin yeganə yolunu açıqladı

İlham Əliyev Vəng kəndinin adını rəsmən dəyişdirdi

0
İlham Əliyev "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

BAKI, 29 oktyabr - Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılıb.

0