Seysmoqraf. Arxiv şəkli

Türkiyənin turizm cənnəti güclü silkələndi

99
(Yenilənib 11:34 12.09.2018)
Yerli vaxtla saat 09:21-də baş verən zəlzələnin dərinliyi 40.19 km olub

BAKI, 12 sentyabr — Sputnik. Türkiyənin Antalya bölgəsində güclü zəlzələ olub.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Antalyanın Qumluca rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 09:21-də baş verən zəlzələnin dərinliyi 40.19 km olub. İlkin məlumata görə, itki və tələfat yoxdur.

Xatırladaq ki, Antalyada ötən gün də zəlzələ olmuşdu.

99
Teqlər:
zəlzələ, Antalya, Türkiyə