Nihat Doğan

Tanınmış ərdoğançı dindar aparıcıya qarşı şok ittiham

2206
Nihat Doğan Bəyaz TV-nin aparıcısıdır və qatı anti-FETÖ, dindar, ərdoğançı mövqelərdən çıxış edir

BAKI, 12 sentyabr — Sputnik. Tanınmış türk müğənnisi, prezident Rəcəb Tayyib Ərdoğanın qatı tərəfdarı olan Nihat Doğan iki qıza qarşı seksual hərəkətlərdə ittiham olunur.

Sputnik Türkiyə-nin məlumatına görə, ittihamı 11 və 17 yaşlı qızların atası Buket Aydın irəli sürüb. Aydın Nihat Doğanın qızlara qarşı seksual hərəkətlər edib-etmədiyini yoxlamaq üçün tibbi ekspertizaya müraciət edəcəyini deyib. 

"Nihat Doğan mənim qızlarımı niyə evinə aparıb? O bunu dəfələrlə edib. Xoş niyyətli insan olsaydı, onlarla kafedə insanların arasında görüşüb söhbətini edərdi. Qızlarım mənə bir şey demirlər, amma mən şübhələnirəm. Ekspertiza nəticəni deyəcək" — Aydın bildirib.

Nihat Doğan Bəyaz TV-nin aparıcısıdır və qatı anti-FETÖ, dindar, ərdoğançı mövqelərdən çıxış edir. 

2206