Mollalardan kreativ qərar — Nəzir pulunu görün nəyə xərclədilər

© AP Photo / Olga TutubalinaDüşənbə
Düşənbə - Sputnik Azərbaycan
Abunə olmaq
Bərpa işlərinə nə qədər pul xərcləndiyi qeyd edilməsə də hər məscidin həftədə 100 dollar ianə topladığı bildirilib.

BAKI, 11 sentyabr — Sputnik. Tacikistanda yaşayan mollalar məsciddən yığdıqları pulla Leninin heykəlini restavrasiya etdiriblər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin cənubunda yaşayan bir neçə müsəlman din adamı yığılan həftəlik ianələri toplayaraq Leninin heykəlini bərpa etməyə qərar veriblər.

Qeyd edək ki, sovet dövründə Tacikistanda ateizm geniş inkişaf etmişdi.

Lenin Şaruz şəhərində olan heykəli iki il əvvəl naməlum şəxslər tərəfindən dağıdılıb. “Ozozdi” radiosunun məlumatına görə, mollaların yığdığı pul ilə Lenin heykəlinin qırılmış əl hissəsi bərpa edilib və heykəl qızıla rəngə boyadılıb.

Bərpa işlərinə nə qədər pul xərcləndiyi qeyd edilməsə də, hər məscidin həftədə 100 dollar ianə topladığı bildirilir.

Xəbər lenti
0