Anjela Kenneke və qızı

Tanınmış teleaparıcı qızının narkotikdən öldüyünü açıqladı

140
(Yenilənib 21:46 10.09.2018)
“Heç vaxt istəməzdim ki, mənim ailə üzvlərimdən kimsə axşam xəbərlərində eşitdiyiniz statistikanın bir hissəsi olsun”

BAKI, 10 sentyabr — Sputnik. Amerikalı teleaparıcı Anjela Kenneke (Angela Kennecke) KELO-TV-nin (CBS) canlı efirində 21 yaşlı qızının artıq dozada narkotikdən istifadə nəticəsində ölməsindan danışıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, TV-dəki çıxışının fraqmentini özünün Twitter hesabında da paylaşıb.

Jurnalist bildirib ki, kanalın efirində ABŞ-dakı opioid böhranı barədə az məlumat paylaşmayıb. İndi isə iş elə gətirib ki, o, bu böhranla şəxsən qarşılaşıb: onun qızı Emili fentanillə zəhərlənərək ölüb.

"Heç vaxt istəməzdim ki, mənim ailə üzvlərimdən kimsə sizin axşam xəbərlərində eşitdiyiniz statistikanın bir hissəsi olsun. Bunu heç kəs istəmir. Mən və ailəm istedadlı, ağıllı, gözəl qızımız Emilinin itkisi ilə heç vaxt barışmayacağıq" — deyə jurnalist bildirib.

Kennekenin dediyinə görə, uzun müddət qızının narkoman olduğunu bilməyib. Biləndən sonra onlar qızla reabilitasiya barədə razılaşıblar. Amma bu, çox gec olub. Mütəxəssislərə müraciət edənə qədər artıq doza öz işini görüb.

Aparıcının fikrincə, onun şəxsi faciəsi ölkədə narkomaniya sahəsində çevrilişə səbəb ola bilər. O, buna görə telekanalın efirinə çıxaraq bu barədə danışır ki, hər kəsin başına gələ biləcək həmin problemə diqqət cəlb etsin. Kenneke həmçinin bildirib ki, qızının adına fond təsis edib. Bu fond narkotik asılılığı olanların reabilitasiya xərclərini ödəyəcək.

Xatırladaq ki, Kennekenin qızı Emili bu il mayın 16-da aşırı dərəcədə narkotik maddə qəbul etdiyi üçün 21 yaşında ölüb.

2017-ci ilin oktyabrında ABŞ prezidenti Donald Tramp opioid böhranı ilə bağlı ölkədə fövqəladə vəziyyət elan edib. Dövlət başçısı həmçinin özünün son kvartaldakı maaşını bu problemlə mübarizə üçün bağışlayıb. Məlumatlara görə, ABŞ dünyada adambaşına düşən narkotik istifadəçilərinin sayına görə dünyada liderdir.

https://twitter.com/AngelaKennecke/status/1037480311519621121

 

140
Teqlər:
mübarizə, fond, ölüm, narkotik, övlad, teleaparıcı
İzmirdə

İzmirdə seli lentə alan operator nənəsinin meyitini tapdı

29
İzmirdə baş verən güclü zəlzələdən sonra meydana gələn seli lentə alan operator nənəsinin meyitini tapıb. Gəncin və ətrafdakıların köməyilə meyit sudan çıxarılıb.

BAKI, 31 oktyabr — Sputnik. İzmirdə baş verən güclü zəlzələdən sonra meydana gələn seli lentə alan operator nənəsinin meyitini tapıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı görüntüləri "Haber Global" yayıb.

Gəncin və ətrafdakıların köməyilə meyit sudan çıxarılıb.

Xatırladaq ki, ötən gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. Beş binanın tamamilə dağıldığı, xeyli evin zərər gördüyü bildirilir. İnsanlar panikaya düşərək küçələrə çıxıblar. Hazırda İzmirdə baş verən zəlzələdə dünyasını dəyişənlərin sayı 24-ə yüksəlib. Xəsarət alanların sayı artıq 804-dür.

Dağılan 4 binanın ərazisində xilasetmə işləri başa çatıb, daha 13-də isə hələ də davam edir. Bildirilir ki, birinci zəlzələdən sonra ən böyük maqnitudası 5,1 olan 400-dən çox təkan (afterşok) qeydə alınıb.

29
Əlaqədar
Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB
Putin Ərdoğana başsağlığı verdi
Zəlzələdən sonra Türkiyədən ürək ağrıdan görüntülər - FOTO
İzmirdə yenə zəlzələ olub, ölən və yaralananların sayı artıb
Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya Paşinyanın cavabını verdi

170
(Yenilənib 13:26 31.10.2020)
Müqavilənin bir sıra maddələri yalnız silahlı hücum təhlükəsi və ya bir-birinin ərazilərinə təcavüz aktı olması halında konkret hərəkətləri nəzərdə tutur.

BAKI, 31 oktyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə ölkəsinin təhlükəsizliyi ilə bağlı müzakirələrə başlamaq üçün müraciətinə cavab verib. Sputnik Azərbaycan-ın RİA Novostiyə istinadən yaydığı xəbər görə, Rusiyanın Xarici İşlər Nazirliyi "Əgər döyüşlər birbaşa Ermənistan ərazisində keçirilərsə, Rusiya Ermənistana hər cür yardım göstərəcək" , - deyə bildirib.

Qeyd edək ki, Paşinyan 29 avqust 1997-ci ildə iki ölkə arasında imzalanan Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişinin 2-ci maddəsini əsas götürərək, təhlükəsizliyi təmin etmək məqsədilə Rusiya Federasiyasının Ermənistana verə biləcəyi dəstəyin forma və dərəcəsini təyin etmək üçün dərhal məsləhətləşmələrə başlamaq istəyi ilə Rusiya Federasiyasının Prezidentinə müraciət etmişdi.

Rusiya XİN-dən isə bildiriblər ki, bu Müqavilənin bir sıra maddələri yalnız silahlı hücum təhlükəsi və ya bir-birinin ərazilərinə təcavüz aktı olması halında konkret hərəkətləri nəzərdə tutur. Başqa, sözlə, hazırda bu cür hərəkətlərin yerinə yetirilməsinə ehtiyac yoxdur.

170
Əlaqədar
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyan Ermənistana kömək üçün Putinə müraciət etdi
Paşinyan Qarabağ məsələsini güzəştlə həll etmək istəyir
(0:49 / 5.85Mb / просмотров видео: 5)

Dağıdılmış qəbir daşları Ağcabədi məzarlığının atəşə tutulandan sonrakı videosu

0
Bu gün səhər saatlarından Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəs rejimini pozmaqda davam edib. Atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb.

Ağcabədinin Hacılar, Qiyaməddinli, Boyat, Arazbar və İmamqulubəyli kəndləri ağır artilleriyadan intensiv atəşə tutulub. Səhər saat 07:00 radələrində atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb. 7 qəbir daşı dağılıb, xeyli qəbirdə qəlpə izləri əmələ gəlib.

Ağcəbədi atəş altında: Evlər dağınıq, şüşələr paramparça, təsərrüfatlar viran – video >>

Sakinlər Ermənistan Silahlı Qüvvələrinin kəndləri mütəmadi atəşə tutduğunu, lakin heç nədən qorxmadıqlarını bildiriblər.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə