Adnan Oktarın yaxşı vaxtları, arxiv şəkli

Dünya belə dünyadı: Adnanın "kedicikləri" ona xəyanət edib

276
(Yenilənib 21:57 10.09.2018)
O, məktubunda kediciklərin 50 min lirə qarşılığında onun üzünə durduqlarını yazıb

BAKI, 10 sentyabr — Sputnik. Türkiyədə “Adnan hoca” kimi məşhur olan Adnan Oktar həbsxanadan göndərdiyi məktubunda "kediciklərinin" ona xəyanət etdiyini yazıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ədirnə F tipi qapalı həbsxanada saxlanılan Adnan Oktar “Star” qəzeti yazarı Ərsoy Dədəyə 4 səhifəlik məktub yazıb.

O, məktubunda kediciklərin 50 min lirə qarşılığında onun üzünə durduqlarını yazıb.

Oktar günahsız olduğunu bildirərək, iddianaməni oxuduğu zaman hər şeyi öyrəndiyini qeyd edib.

İttihamın sərt olduğunu deyən Ə. Dədə onu lazımi yerlərə göndərdiyini bildirib. Xatırladaq ki, bir müddət əvvəl Adnan Oktar təşkilat yaratmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, azyaşlı uşaqlarla cinsi əlaqə, uşaqların qaçırılması və s. bu kimi cinayət əməllərində ittiham edilərək həbs edilib.

276
Teqlər:
kedicik, Adnan Oktar, xəyanət, məktub, ittiham, həbsxana