Azərbaycanlı İsveç parlamentinə deputat seçildi

© Photo : FB / aylin.fazelianAylin Fəzilian
Aylin Fəzilian - Sputnik Azərbaycan
Abunə olmaq
İsveç Riqsdaqına 4 azərbaycanlı namizədliyini vermişdi

BAKI, 10 sentyabr — Sputnik. İsveç Krallığının Riqsdaqına (parlament) və yerli şəhər şuralarına sentyabrın 9-da keçirilən seçkilərin ilkin nəticələri bəlli olub.

İsveçdəki "Azərbaycan naminə" təşkilatının rəhbəri Nadir Hollenbrand Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan əsilli Aylin Fəzilian Sosial Demokrat partiyasının namizədi olaraq Riqsdaqa deputat seçilib: "Onun bacısı, Mərkəz Partiyanın namizədi Aydan Kərimli isə yaşadığı Västra Götaland əyalət şurasına üzv seçilib. Qeyd edim ki, ilk dəfədir ki, azərbaycanlı qadın Avropa ölkəsində millət vəkili seçilir. Hazırda İsveçdə hələ ki, hakimiyyətdə kimin olacağı bəlli deyil, danışıqlar gedir".

Qeyd edək ki, İsveç Riqsdaqına 4 azərbaycanlı namizədliyini vermişdi.

Xəbər lenti
0