Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan yenidən ABŞ-a istiqamətləndi

826
(Yenilənib 15:09 10.09.2018)
Türkiyə prezidenti 23-27 sentyabr tarixləri arasında ABŞ-da səfərdə olacaq

BAKI, 10 sentyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, Türkiyə ilə ABŞ arasında siyasi gərginlik davam edərkən prezident Ərdoğan 23-27 sentyabr tarixləri arasında ABŞ-da səfərdə olacaq.

Ərdoğan 23-27 sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedəcək. 27-29 sentyabr tarixlərində isə Türkiyə prezidenti Almaniyaya səfər edəcək.

Xatırladaq ki, Ərdoğan Tehran səfərindən təzə qayıdıb. Türkiyə prezidenti İranda Suriya ilə bağlı zirvə görüşünə qatılmışdı.

826
Teqlər:
Rəcəb Tayyib Ərdoğan, Türkiyə, səfər, ABŞ, prezident
Əlaqədar
Rəcəb Tayyib Ərdoğan İranda səfərdədir
Ərdoğanın ardınca Putin də Bakıya gəlir
Ərdoğan yenə Bakıya gəlir
Ərdoğan ciddi xəbərdarlıq edir: "Qətliam baş verə bilər"
Ərdoğan ABŞ-a: "Kimdənsə icazə almaq niyyətində deyilik"