Dağılmış məscid

Min illik məscidin qalıqları tapıldı

70
(Yenilənib 10:21 10.09.2018)
Qalıqlar üzərində aparılan analizlər nəticəsində məscidin ölkə ərazisindəki ən qədim ibadət yeri olduğu müəyyən edilib

BAKI, 9 sentyabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Əyn şəhərində aparılan qazıntılar zamanı min illik məscidin qalıqlarını tapıblar.

“Qafqazinfo” xəbər verir ki, qazıntılar Şeyx Xəlifə məscidinin inşa edildiyi ərazinin yaxınlığında aparılır.

Arxeoloqların sözlərinə görə, tapılan məscid Abbasilər dövrünə aiddir və 3 binadan ibarət olub.

Qalıqlar üzərində aparılan analizlər nəticəsində məscidin ölkə ərazisindəki ən qədim ibadət yeri olduğu müəyyən edilib.

70