İran qonşu ölkənin ərazisinə raket zərbəsi endirdi

© AFP 2023 / SHAIGAN / FARS NEWS İran ballistik raketi, arxiv şəkli
İran ballistik raketi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat zamanı onlarla terrorçunun məhv edildiyi və yaralandığı qeyd olunub

BAKI, 9 sentyabr — Sputnik. İran İslam İnqilabının Keşikçiləri Korpusu (İİKK) İraq ərazisində yerləşən və ölkədə fəaliyyətinə qadağa qoyulmuş İran Kürdüstanı demokratik partiyasının qərargahına raket zərbəsi endirildiyini təsdiqləyib.

Bu barədə Oxu.Az xəbər verir.

“Şənbə günü ən qəddar və cinayətkar qruplaşmalardan birinin rəhbərlərinin toplaşdığı qərargaha qarşı uğurlu əməliyyat keçirilib. Qərargah eyni zamanda terrorçuların təlim mərkəzi kimi istifadə edilib. Hədəfə “yer-yer” sinfinə aid 7 raket buraxılıb”, — İİK-nin bəyanatında deyilir.

Əməliyyat zamanı onlarla terrorçunun məhv edildiyi və yaralandığı qeyd olunub.

Daha öncə kürdlərə aid “Rudaw” telekanalı raket zərbəsi nəticəsində 9 nəfərin həlak olduğu, 30 nəfərin isə yaralandığı barədə məlumat vermişdi.

Xəbər lenti
0