İraqın Bəsrə şəhərində ABŞ konsulluğunun yerləşdiyi əraziyə raket atılıb

ABŞ konsulluğuna raket hücumu oldu

250
(Yenilənib 17:07 08.09.2018)
Hazırda Bəsrədə fövqəladə rejim elan edilib, küçəyə çıxmaq qadağan olunub

BAKI, 8 sentyabr — Sputnik. Naməlum şəxslər İraqın Bəsrə şəhərində hava limanını və ABŞ konsulluğunun yerləşdiyi əraziyə raket atıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Al Sumaria" telekanalı hava limanında olan mənbəyə istinadən xəbər verir.

"Bu gün səhər saatlarında ABŞ Konsulluğu və Bəsrə Beynəlxalq hava limanı yaxınlığına üç raket atılıb. Mərmilər terminal və təyyarələrdən kənarda düşüb", — deyə hava limanının əməkdaşlarından biri bildirib.

O, vurğulayıb ki, insident zamanı ölən olmayıb, hadisə, həmçinin hava limanının fəaliyyətinə də təsir etməyib. Mənbə ehtimal edir ki, hücum edənlər böyük ehtimalla yaxınlıqda yerləşən ABŞ konsulluğunu hədəfə alıb.

Qeyd edək ki, Bəsrədə davam edən etirazlarda ötən gün şəhərdəki İran konsulluğu və neft qurğuları yandırıb. Etirazçılar hakimiyyətdən şəhərin içməli su və elektrik enerjisi ilə təchiz edilməsini tələb edir. İraq ordusu asayişi bərpa etmək üçün gözyaşardıcı qazdan və odlu silahlardan istifadə ediblər. Nəticədə 10 etirazçı öldürülüb. Hazırda Bəsrədə fövqəladə rejim elan edilib, küçəyə çıxmaq qadağan olunub.

Xatırladaq ki, Bəsrədə içməli su problemi iyulda İranın Pakistan, Əfqanıstan və İraq kimi qonşu ölkələrə su və elektrik tədarükünü dayandırmaq qərarından sonra yaranıb.

250