Ermənistanın keçmiş baş naziri Ovik Abramyan

Sabiq baş nazirə qarşı ittiham irəli sürüldü

67
(Yenilənib 14:47 08.09.2018)
Paşinyan indi də Abramyanı tutdurmaq istəyir

BAKI, 8 sentyabr — Sputnik. Ermənistanın sabiq baş naziri Ovik Abramyana qarşı 2008-ci ilin 1 mart hadisələr ilə bağlı açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Abramyan özü "Facebook" səhifəsində bildirib

Abramyana qarşı ilkin qətimkan tədbiri kimi ölkəni tərk etməməsinə dair qərar verilib. Məhkəmənin qərarını şərh edən sabiq baş nazir baş verənləri təxribat adlandırıb.

Abramyan vurğulayıb ki, bir ay əvvəl maskalı şəxslər ona və qohumlarına məxsus evlərə basqın edərək axtarış keçiriblər: "Lakin əməliyyat nəticəsində qanunsuz heç nə aşkarlanmayıb. Əvəzində onlar Ermənistan qanunvericiliyini kobud şəkildə pozaraq onun pasportunu götürüblər. Həmçinin, Mxçyanda mexanika zavodunda da axtarış keçirilib, bu ərazinin mənə məxsus olması iddiası ilə çıxış edilib və oradan tapılan silahları 2008-ci ilin 1 mart hadisələr ilə əlaqələndirməyə çalışılıb".

67