Gəlin paltarı

Gənc qız ölmüş sevgilisinin cəsədi ilə evləndi - FOTO

113
(Yenilənib 05:05 08.09.2018)
Qadın hətta mərasimə gəlinlik geyərək gəlib

BAKI, 8 sentyabr — Sputnik. Filippində qeyri-adi hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı qız ölmüş sevgilisindən ayrılmağı heç cürə qəbul edə bilməyib və dünyasını dəyişən sevgilisi ilə ailə həyatı qurub.

Qızın sevgilisi olan 22 yaşlı Jake Antoni Makadangdan avqust ayının sonlarında ölüb. Onlar yaxın 3 ildə evlənməyi planlaşdırırlarmış. Həyatda olarkən sevgilisi ilə evlənə bilməyən qadın nişanlısının cəsədi ilə evlənib. Qadın hətta mərasimə gəlinlik geyərək gəlib.

Amma o, nişan üzüyünü sevgilisinin artıq qurumuş və sərtləşmiş barmağına taxmayıb, onun ovcuna qoyub. Oğlanın ailəsi də qadının bu istəyinə qarşı çıxmayıb…

113
Teqlər:
gəlin paltarı, ərə getmək, gənc qadın, Filippin, sevgili, meyit