Bir məzarda 166 insan kəlləsi aşkarlandı

© Photo : Veracruz State Prosecutor's Office via APMeksikada tapılmış kütləvi məzarlıq
Meksikada tapılmış kütləvi məzarlıq - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, tapılan məzarlıq Meksikada bu günə kimi aşkar edilən ən böyük kütləvi məzarlıqlardan biridir

BAKI, 8 sentyabr — Sputnik. Meksikada dəhşətli qəbiristanlıq aşkar edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir məzardan 166 insan kəlləsi çıxarılıb.

Prokuror Jorge Vinkler məzarlığın Verancruz əyalətində aşkar edildiyini vurğulayıb. O, təhlükəsizlik baxımından məzarlığın yerinin gizli saxlanıldığını və bununla bağlı açıqlama verməyəcəyini deyib.

Prokuror qeyd edib ki, insanlar həmin məzarlıqda 2 il öncə basdırılıblar və bununla bağlı əllərində bəzi sübutlar var.

Qeyd edək ki, tapılan məzarlıq Meksikada bu günə kimi aşkar edilən ən böyük kütləvi məzarlıqlardan biridir. Bu ölkədə narkokartellər qurbanlarını ortadan götürmək üçün kütləvi qətliamlar törədirlər.

Xəbər lenti
0