HDP həmsədri Səlahəddin Dəmirtaş

Dəmirtaş “PKK təbliğatçısı” elan edildi həbs olundu

114
(Yenilənib 21:05 07.09.2018)
Məhkəmə Səlahəddin Dəmirtaşa 4 il 8 ay, Sirri Sürəyya Öndərə isə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası verib

BAKI, 7 sentyabr — Sputnik. Türkiyədə Xalqların Demokrat Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş və HDP Ankara millət vəkili Sirri Sürəyya Öndər azadlıqdan məhrum edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün 26-cı İstanbul Cəza Məhkəməsi "Terror təşkilatı təbliğatı aparmaq" ittihamı ilə Səlahəddin Dəmirtaşa 4 il 8 ay, Sirri Sürəyya Öndərə isə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası verib.

HDP-li bəzi millət vəkillərinin də qatıldığı məhkəmə prosesində Dəmirtaş və vəkillərinin etirazları məhkəmə tərəfindən rədd edilib.

Dəmirtaş məhkəmə prosesi zamanı qeyd edib ki, tələbləri mühakimə prosesinin əvvəlindən rədd edilib: "Bu tələblərimiz qəbul edilsəydi, qərar çoxdan verilmişdi. Adil mühakimə tələb edirik. Biz müdafiədən qaçmırıq. Türkiyə Cümhuriyyətinin tanınmış, ən aktiv siyasətçilərindənəm. İki dəfə prezidentliyə namizəd oldum. Mən harada nə danışmışamsa, nöqtəsinə qədər arxasındayam. Mən özümü hər zaman müdafiə etməyə hazıram".

114
Teqlər:
həbs, təbliğat, terror, millət vəkili, Sirri Sürəyya Öndər, Səlahəddin Dəmirtaş, HDP, Türkiyə
Əlaqədar
Səlahəddin Dəmirtaşı 24 il həbs gözləyir
HDP-dən Türkiyəyə qarşı böyük xəyanət
HDP liderinin deputat toxunulmazlığı ləğv edilə bilər
Türkiyə prezidenti HDP liderinə terrorçu dedi
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Paşinyanla görüşməkdən imtina etdi

33
(Yenilənib 18:09 30.11.2020)
Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşə dair razılığın əldə olunmaması olub.

BAKI, 30 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri təxirə salınıb. Bu barədə Spuntik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşünə dair razılığın əldə olunmaması olub.

"Ermənistanın Paşinyan – Putin görüşünü təşkil etmək cəhdləri iflasa uğrayıb. Ermənistan baş nazirinin protokol rəhbəri geri – Yerevana çağırılıb", - deyə məlumatda bildirilir.

 

33
Teqlər:
imtina, görüş, Nikol Paşinyan, Vladimir Putin, Ermənistan, Rusiya
Hadisə yerində

İran nüvə alimini öldürənləri müəyyənləşdirdiklərini bəyan etdi

15
(Yenilənib 17:24 30.11.2020)
Bu elektron avadanlığın istifadə olunduğu çətin əməliyyat idi. Hadisə yerində heç kim olmayıb, lakin ipucları var.

BAKI, 30 noyabr — Sputnik. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Əli Şamhani rəsmi Tehranın nüvə üzrə alim Möhsün Fəxrizadənin ölümünü kimin təşkil etdiyini müəyyənləşdirdiyini bildirib. Bu barədə Sputnik Azərbaycan "Tasnim" agentliyinə istinadən xəbər verir.

"Bu, elektron avadanlığın istifadə olunduğu çətin əməliyyat idi. Hadisə yerində heç kim olmayıb, lakin ipucları var. Eyni zamanda bunu kimin planlaşdırdığını bilirik, onun keçmişi bəllidir", - deyə Şamhani qeyd edib.

Onun sözlərinə görə, bu hadisədə İsrail və "Mossad", həmçinin İranda qadağan olunan "İran Xalqının Mücahidləri Təşkilatı" da rol oynayıb.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal-şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış ediblər.

15
Teqlər:
qətl, nüvə, fizik, alim, İran
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

0
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

0
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə