Bəşər Əsəd,arxiv şəkli

ABŞ Bəşər Əsədə onunla əməkdaşlıq edənlərə qarşı radikal addım atıb

154
(Yenilənib 14:32 07.09.2018)
Onların Birləşmiş Ştatlarda yerləşən bütün əmlakları dondurulacaq və amerikalılarla ticarət əlaqələri qadağan ediləcək

BAKI, 7 sentyabr — Sputnik. ABŞ hökuməti Bəşər Əsəd hakimiyyəti ilə İŞİD-ə neft və silah satan "Qatirji Company" şirkətinə və onun sahibinə sanksiya tətbiq edib.

Sputnik Azərbaycan "Haberturk"a istinadla xəbər verir ki, bundan başqa, ABŞ Maliyyə Nazirliyi Suriya rejiminə neft və qaz satan daha iki fiziki şəxsə və üç şirkətə sanksiya tətbiq edəcəyini açıqlayıb.

Sanksiyalar çərçivəsində bu şəxs və qurumların ABŞ-da yerləşən bütün əmlakları dondurulacaq, amerikalılarla ticarət əlaqələri də qadağan ediləcək.

154
Teqlər:
sanksiya, Bəşər Əsəd, ABŞ, İŞİD
Əlaqədar
Suriya ordusu İŞİD-in son qalasına yaxınlaşıb - VİDEO
Vəziyyət gərginləşir: Türkiyə Suriya sərhədinə xüsusi təyinatlılar göndərdi
Suriya ordusu NATO-nun xəbərdarlıqlarına baxmayaraq, hücuma keçdi
İsrail Suriyada İrana aid olduğu iddia edilən 200-dən çox hədəfi vurub
Suriyada silaha sarılmış terrorçuların sayı açıqlandı