Amerikanın Ankaradakı keçmiş səfiri Ceyms Cefri

Dünyanın qorxduğu baş verə bilər - Həyəcan siqnalı

320
(Yenilənib 12:25 07.09.2018)
ABŞ: İdlibdə kimyəvi silahın tətbiqinə hazırlıq görülür

BAKI, 7 sentyabr — Sputnik. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri İdlib şəhərindəki son vəziyyətə dair açıqlama verib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Cefri İdlibdə vəziyyətin çox təhlükəli olduğunu, kimyəvi silahın tətbiq ediləcəyi ilə bağlı hazırlıq işlərinin görüldüyünə dair dəlillərin olduğunu söyləyib.

Qısa müddət öncə Türkiyə, İsrail və İordaniyaya səfər edən Cefri İdlib üçün kimyəvi silahın hazırlandığına dair bir çox dəlillərin olduğunu dilə gətirib. Bəşər Əsədin vəziyyəti barədə də danışan xüsusi nümayəndə deyib ki, Suriyada Əsədin rəhbər olaraq bir gələcəyi yoxdur. Ancaq Əsəddən xilas olmaq ABŞ-ın işi deyil.

"ABŞ İdlib ilə bağlı hər hansı bir hava hücumu planlaşdırıbmı?" sualına Cefri, "ABŞ İŞİD-i tamamilə bitirənə qədər Suriyada qalacaq. Bu da bir qədər vaxt aparacaq" — cavabını verib. O, bu məsələdə ABŞ prezidenti Donald Trampın da eyni düşüncədə olduğunu qeyd edib.

Amerikalı nümayəndə Suriyanın gələcəyi üçün BMT və müttəfiqlərin də daxil olduğu sülh prosesinin həyata keçirilməsinin vaxtının çatdığını da vurğulayıb. Onun sözlərinə görə, Rusiya və Əsəd rejiminin hər hansı bir hücumu bölgədə gərginliyi artıracaq.

Xatırladaq ki, Cefri 1-4 sentyabrda İsrail, İordaniya və Türkiyədə danışıqlar aparmışdı.

320
Teqlər:
xüsusi nümayəndə, Ceyms Cefri, kimyəvi silah, İdlib, Suriya, ABŞ
Əlaqədar
Trampdan İdlib xəbərdarlığı: "Yüz minlərlə insan ölə bilər"
Suriya Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb edib
Suriya ordusu İŞİD-in son qalasına yaxınlaşıb - VİDEO
Vəziyyət gərginləşir: Türkiyə Suriya sərhədinə xüsusi təyinatlılar göndərdi
Suriya ordusu NATO-nun xəbərdarlıqlarına baxmayaraq, hücuma keçdi