Əlinda bıçaq olan kişi, arxiv şəkli

Prezidentliyə namizədi hamının gözü qarşısında belə bıçaqladılar

141
(Yenilənib 11:04 07.09.2018)
Braziliyada prezident seçkiləri bu ilin oktyabr ayında keçiriləcək

BAKI, 7 sentyabr — Sputnik. Keçmiş hərbçi, hazırda Braziliya prezidentliyinə namizəd Jair Belsonarı hamının gözü qarşısında bıçaqlayıblar. Sputnik Azərbaycan BBC News-ə istinadla xəbər verir ki, hadisə onun küçədə nitq söylədiyi zaman baş verib.

Olayın videoyazısı "O Tempo" qəzetinin Instagram səhifəsində yerləşdirilib.

 

 

Kadrlardan görünür ki, Bolsanaru kiminsə çiynində oturub. Bu zaman kütlə içərisindən bir nəfər onu qarnından bıçaqlayır. Yaralı siyasətçini dərhal xəstəxanaya çatdırıblar. Sonradan onun oğlu Falvio bəyan edib ki, atasının səhhəti yaxşıdır və yara təhlükəli deyil.

 

 

Braziliyada prezident seçkiləri bu ilin oktyabr ayında keçiriləcək.

 

141
Teqlər:
prezidentliyinə namizəd, bıçaqlama, Braziliya