Suriya ordusu İŞİD-in son qalasına yaxınlaşıb - VİDEO

© AFP 2023 / StringerSuriya ordusunun əsgərləri
Suriya ordusunun əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
İki İŞİD döyüşçüsünün Suriya hərbçilərinə təslim olduğu qeyd olunur

BAKI, 6 sentyabr — Sputnik. Suriya ordusu İŞİD-in son qalasının alınmasını videoya çəkib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, döyüşün videogörüntüsü Əl–Məsdər News-da yayımlanıb.

Məlumata görə, Suriya ordusu terror qruplaşması İŞİD-in ölkədə son mövqelərinə hücuma davam edir.

Hakimiyyət ordusu artıq Əs–Süveydəni şərqində olan İŞİD-mövqelərinin 2 kilometrliyinə yaxınlaşıb. Məlumata görə, terror təşkilatının qalan hərbi qüvvəsi burada cəmlənib.

Nəticədə 30 İŞİD-çi öldürülüb. Eyni zamanda, hərbçilər böyük miqdarda hərbi avadanlıq ələ keçirib. İki İŞİD döyüşçüsünün Suriya hərbçilərinə təslim olduğu qeyd olunur.

Xəbər lenti
0