Donald Tramp

ABŞ-ı qarışdıracaq kitab gəlir, Tramp biabır edilib

97
(Yenilənib 21:56 06.09.2018)
Prezidenti yeni kitabı tənqid edib və onu uydurulmuş hekayələr adlandırıb

BAKI, 6 sentyabr — Sputnik. ABŞ-ın tanınmış jurnalisti Bob Vudvordun prezident Donald Tramp haqda yazdığı kitab ölkəni çalxalayıb.

Sputnik Azərbaycan "Akşam"a istinadla xəbər verir ki, "Qorxu: Ağ Evdə Tramp" adlı 448 səhifəlik kitabda Ağ Evdə milli təhlükəsizlik qayğısı səbəbindən Trampın önündən sənədlərin oğurlandığına dair iddialar da var.

ABŞ-ın keçmiş prezident Riçard Niksonun istefasına səbə olan Watergate qalmaqalını ortaya çıxaran qocaman tədqiqatçı jurnalist Bob Vudvordun ABŞ Prezidenti Donald Trampla bağlı yazdığı kitab ölkəni çalxalayıb. Vudvord şahidlər və hadisələrin iştirakçısı olan mənbələrdən aldığı yüzlərlə saatlıq müsahibələrindən, gündəliklər və rəsmi sənədlərdən ibarət kitabın bəzi hissələri "Vaşinqton Post" qəzetində dərc olunub. Kitabın ən maraqlı hissəsi isə yüksək səviyyəli rəsmilərin Trampın masasından sənəd oğurlamaları ilə bağlıdır. Jurnalist yazır ki, Ağ Evin iqtisadiyyat üzrə keçmiş baş müşaviri Harri Con Cənubi Koreya ilə ticarət müqaviləsindən çıxmağı nəzərdə tutan bir məktubu imzalamamaq üçün Trampın masasından götürüb.

ABŞ prezidenti yeni kitabı tənqid edib. Tramp bildirib ki, kitabda yazılanlar uydurulmuş hekayələrdir. Ağ Ev sözçüsü Sara Sanders də kitabın böyük bir hissəsinin uydurulmuş hekayələr olduğunu deyib.

Kitabda qeyd edilir ki, 2017-ci ilin aprel ayında Suriyada kimyəvi silahdan istifadə iddiaları ortaya çıxdıqdan sonra Tramp müdafiə naziri Mattisə zəng edib və “Əsədə sui-qəsd təşkil olunmasını istəyirəm” əmrini verib. Mattis isə əmri alandan sonra telefonu söndürüb və köməkçisinə "Bunların heç birini etməyəcəyik. Balansı qoruyacağıq" — deyib.

Qeyd edək ki, 1974-cü ildə Vudvordun təhqiqatları prezident Riçard Niksonun hakimiyyətdən uzaqlaşdıılmasına yol açmışdı. Kitab sentyabrın 11-də satışa çıxarılacaq.

97
Teqlər:
kitab, qalmaqal, Donald Tramp, Ağ Ev, jurnalist