Həbsxana

Belçika hökuməti azərbaycanlılarla bağlı sərt qərar verib

232
(Yenilənib 13:00 06.09.2018)
Soydaşlarımızın bütün müraciətləri rədd edilib və ailəyə ölkəni tərk etmək xəbərdarləğı verilib

BAKI, 6 sentyabr — Sputnik. Belçikada 5 uşaqlı azərbaycanlı ailə həbsxanaya salınıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, azərbaycanlı ailə ölkəni tərk etmədikləri üçün həbs edilib.

Belçika polisi azərbaycanlı ailəni Steenokkerzeel həbsxanasına salıb. Ailənin ana və 5 uşaqdan ibarət olduğu bildirilir. Belçikanın sığınma və köç naziri Teo Françen dünən sosial şəbəkə hesabından verdiyi açıqlamada həbsxanaya ikinci qaçqın ailəsinin yerləşdirildiyini qeyd edib. Nazir bildirib ki, Azərbaycandan olan bir ana və 5 uşağın bütün müraciətləri rədd edilib və ailəyə ölkəni tərk etmək xəbərdarlığı verilib.

Nazirin sözlərinə görə, bir ay əvvəl 4 uşaqlı bir serbiyalı ailə də həbs edilib. "NotİnMyName" insan hüquqları cəmiyyəti və bir çox təşkilat bu qərara qarşı çıxıb. Uşaqların həbsə atılmasını qəbul etməyən dərnək və təşkilatlar onların ailələri ilə birlikdə həbsə atılmasına səbəb olan qərarnamənin qüvvədən düşməsi üçün Belçika Dövlət Şurasına müraciət edib.

Xatırladaq ki, Belçika dövləti Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 2009 və 2011-ci illərdə qaçqın ailələri həbsə saldığına görə 3 dəfə cəzalandırılıb.

232
Teqlər:
həbsxana, ailə, Belçika, Azərbaycan, qadın, uşaq
Əlaqədar
Azərbaycanlı miqrantlar Türkiyə sərhədində saxlanıldılar
Azərbaycanda yüzdən artıq miqrant saxlanıldı
Dövlət Miqrasiya Xidməti jurnalistlərə hesabat verib
Faciə: 100-ə yaxın miqrant dənizdə batdı