Ermənistan-Türkiyə sərhədindən müdhiş xəbər yayıldı, təhlükəsizlik tədbirləri artırılır

© SputnikСело Айкадзор на армяно-турецкой границе, фото из архива
Село Айкадзор на армяно-турецкой границе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbçilər mümkün əməliyyat üçün hazır vəziyyətdə saxlanılır

BAKI, 6 sentyabr — Sputnik. PKK terror təşkilatının Ermənistandakı düşərgələrində təlim keçən terrorçuların sərhəddən keçirilərək Türkiyənin Ağrı vilayətinə, Tendürek dağına aparıldıqları ortaya çıxıb.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, terrorçuların Ermənistan-Türkiyə sərhədindən gizlicə keçdikləri və terror təşkilatının bölgədə yenidən fəallaşdığı bildirilir. Türkiyə xüsusi xidmət orqanlarından sızan məlumata görə, PKK-nin ilk hədəfi Qara dəniz bölgəsidir. Terrorçuların ardınca bölgəyə silah-sursat daşınacağı qeyd olunur.

Türkiyənin təhlükəsizlik orqanları PKK-nın fərqli yollardan Qara dəniz bölgəsinə sızmaq niyyəti ilə bağlı Tunceli, Bingöl, Ağrı və Tokat ətrafında geniş təhlükəsizlik tədbirləri alıb. Bu ərazilər pilotsuz uçuş aparatları ilə izlənilir. Hərbçilər mümkün əməliyyat üçün hazır vəziyyətdə saxlanılır.

Xəbər lenti
0