Avropa İttifaqı

Şengen ölkələri üçün sərt qərar qəbul olunub

114
(Yenilənib 11:48 06.09.2018)
Yeni qərara əsasən, səyahət icazəsi 3 il müddətində keçərli olacaq

BAKI, 6 sentyabr — Sputnik. Avropa İttifaqı (Aİ) 26 ölkədən ibarət olan Şengen bölgəsi haqqında yeni dəyişiklikləri qəbul edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yeni qərara görə bir-birilərinə qarşılıqlı səfərlərdə viza tələb olunmayan həmin 26 ölkənin vətəndaşları bundan sonra xüsusi səyahət icazəsi almalı olacaqlar.

Qərar qüvvəyə mindikdən sonra Şengen daxilində vizasız səyahət edən hər kəs səyahət icazəsi üçün 7 avro ödəyərək qeydiyyatdan keçməli olacaq. Onlar şəxsi məlumatlarını, səyahət sənədləri, yaşayış yerlərini, əlaqə vasitələrini, əvvəllər cinayət törədib-törətmədikləri haqda məlumatları təqdim edəcəklər. Sistemə daxil edilən məlumatlar Ümumavropa təhlükəsizlik məlumat bazası ilə müqayisə ediləcək.

2021-ci ildə qüvvəyə minəcəyi gözlənilən qərara əsasən, səyahət icazəsi 3 il müddətində keçərli olacaq.

Qeyd edək ki, Şengen bölgəsi 26 Avropa ölkəsindən ibarətdir: Belçika, Avstriya, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Latviya, Lüksemburq, Malta, Hollandiya, İsveç, İsveçrə, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, Lixtenşteyn.

114
Teqlər:
ölkə, icazə, səyahət, viza, vətəndaş, Şengen bölgəsi, , Avropa İttifaqı
Əlaqədar
Qalmaqal: XİN Merkellə Bakıya gələcək deputata viza vermədi
Şengen vizası almaq istəyənlərə vacib xəbər
Azərbaycanlılar bu Avropa ölkəsinə vizasız gedə biləcək
Ülvi Mehdiyev: “Əcnəbilər 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcək”