Donald Tramp istefa xəbərlərinə reaksiya verdi

© REUTERS / Joshua RobertsТрибуна с микрофоном перед Белым домом, фото из архива
Трибуна с микрофоном перед Белым домом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp Pentaqon rəhbərinin istefası xəbərini təkzib edib

BAKI, 6 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettisin vəzifəsini tərk edəcəyi barədə xəbəri təkzib edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ rəhbəri Ağ Evdə jurnalistlərə bildirib.

"Bəli, o, burda (öz vəzifəsində — red) qalır. Biz onunla çox xoşbəxtik. Bizim çoxlu qələbəmiz var", — deyə Ağ Ev rəhbəri jurnalistin Pentaqon rəhbərinin öz vəzifəsini tərk edib-etməyəcəyi barədə suala cavabında deyib.

Daha əvvəl "The Washington Post" qəzeti Mettisin yaxın aylarda istefaya gedəcəyini xəbər verib. Qəzet hətta Ağ Evdə onun vəzifəsinə namizədin müzakirə edildiyini də bildirib.

"Düşünürəm ki, o, əla insandır. O, nazir kimi işini fantastik görür", — deyə Tramp əlavə edib. 

Xəbər lenti
0