Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan ciddi xəbərdarlıq edir: "Qətliam baş verə bilər"

738
(Yenilənib 14:58 05.09.2018)
Türkiyə prezidenti ABŞ ilə Rusiyanı tənqid etdi: "Topu bir-birilərinin üzərinə atırlar"

BAKI, 5 sentyabr — Sputnik. "ABŞ və Rusiya "topu" bir-birilərinin üzərinə atır. Amma, İdlibə raketlər atılsa, çox ciddi bir qətliam yaşanar. Belə bir vəziyyətdə oradan qaçanlar hara gedəcək? Böyük əksəriyyəti yenə bizə gələcək".

Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib məsələsindən danışarkən deyib. Onun sözlərinə görə, bu, yeni bir çətinlik yarada bilər: "İdlibdən başqa, Tel Rıfat və Membiç bölgələri ilə bağlı da işlər eyni qətiyyətlə davam edir".

"Hazırda bu məsələ üzərində Rusiya və İran ilə birgə çalışırıq. Oradakı təhlükəsizlik qüvvələrimiz əzmkarlıqla çalışmalarını davam etdirir. Hazırda Rusiya ilə olan əməkdaşlığımız çox əhəmiyyətlidir" — deyə Ərdoğan bildirib.

Türkiyə lideri Tehran zirvəsinin müsbət nəticələnəcəyinə ümid bəslədiyini açıqlayıb: "İdlib ilə bağlı müzakirələrin üçüncü mərhələsi başa çatıb, dördüncü mərhələsi davam edir. Müzakirələrdən çıxacaq məqsədəuyğun bir qərarla bu prosesi aşacağıq. 7 sentyabrda keçiriləcək Tehran zirvəsində bu məsələyə daha geniş şəkildə baxılacaq. Bu, Astana prosesinin davamıdır".

Xatırladaq ki, dünəndən Suriyanın İdlib bölgəsində əməliyyat başlayıb. Rusiya qırıcıları müxalif qüvvələrin fəaliyyət göstərdiyi yerlərə zərbələr endirir. Quru əməliyyatı üçün isə diqqətlər sentyabrın 7-də keçiriləcək Rusiya-Türkiyə-İran zirvə görüşünə yönəlib.

738
Teqlər:
İdlib, İran, Suriya, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ, prezident
Əlaqədar
Suriyada silaha sarılmış terrorçuların sayı açıqlandı
Türkiyədə böyük həyəcan yaşanır, daha 4 milyon suriyalı qapıya dayanıb
Netanyahu İran və Suriyanı təhdid etdi
Bölgəmizdə böyük fəlakətə hazırlıq gedir, ortada ABŞ-Suriya danışıqları iddiası da var