Ermənistanın sabiq prezidenti Robert Koçaryan

Paşinyandan “şah mat”: Koçaryan Ermənistanda dustaq edildi

121
(Yenilənib 21:04 04.09.2018)
Bir müddət öncə mətbuatda Koçaryanın Almaniyada müayinədən keçmək məqsədi ilə ölkəni tərk etmək istədiyi barədə məlumat yayılıb

BAKI, 4 sentyabr — Sputnik. Ermənistanın sabiq prezidenti Robert Koçaryana ölkəni tərk etmək qadağan olunub.

Sputnik Armenia xəbər verir ki, müvafiq qərar Ermənistanın Xüsusi İstintaq Xidməti tərəfindən qəbul olunub.

Qurumun müstəntiqi Koçaryan barəsində hökm qismində ondan ölkəni tərk etməməsi haqqında yazılı iltizamın alınmasını seçib.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Koçaryanın Almaniyada müayinədən keçmək məqsədi ilə ölkəni tərk etmək istədiyi barədə məlumat yayılıb. Sonradan məlum olub ki, onun sənədləri hüquq-mühafizə orqanlarındadır.

121
Teqlər:
qadağa, ölkəni tərk etməmək, Ermənistan, Xüsusi İstintaq Xidməti, Robert Koçaryan

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

4
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

4
Teqlər:
mafiya, İtaliya
Erməni əsgərlərinin dəbilqələri, arxiv şəkli

Ermənistan müharibədə ölən hərbçilərinin siyahısını yeniləyib - sayları durmadan artır

30
Ermənistanın Səhiyyə naziri Anait Avanesyan bildirib ki, hər gün 30 meyitin ekspertizasını həyata keçirilər.

BAKI, 21 yanvar - Sputnik. Ermənistanın Səhiyyə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olmuş 3450 əsgərinin meyitini ekspertizadan keçirib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.

Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.

Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

30