İran valyutası, arxiv şəkli

İranda tümən ölür...

159
(Yenilənib 21:44 04.09.2018)
İranda dolların məzənnəsi 14 min tümən səviyyəsinə çataraq rekordu təzələyib

BAKI, 4 sentyabr — Sputnik. İranda dolların məzənnəsi yenidən rekord vurub.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İranda dolların məzənnəsi 14 min tümən səviyyəsinə çataraq rekordu təzələyib.

Dünən 1 ABŞ dolları 12 min tümən olub.

İranda dolların hədsiz yüksəlişi qarşısında hökumət bir sıra tədbirlər görüb və aprelin 10-də valyutadəyişmə məntəqələri bağlanıb. Amma görülən tədbirlər dolların yüksəlişini dayandıra bilməyib və hökumət avqust ayında yeni iqtisadi plan adı altında bəzi tədbirləri işə salıb.

Yeni iqtisadi planda valyuta məntəqələrinin yenidən işə başlaması və dolların məzənnəsinin dövlət tərəfindən deyil, azad bazar tərəfindən müəyyənləşməsi qərarları yer alıb.

159
Teqlər:
valyutadəyişmə məntəqəsi, ucuzlaşma, dollar, tümən, İran