Rusiya və ABŞ əskinazları

İlk addım gəlir: Rusiya Türkiyədən dollar zərbəsi

1198
(Yenilənib 23:40 04.09.2018)
Rusiyanın sənaye və ticarət naziri rus avtomobil istehsalçısı olan şirkətlərin Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə məsələsinə toxunub

BAKI, 4 sentyabr — Sputnik. Rusiyanın avtomobil istehsalçılarının Türkiyə ilə ticarətdə dolların əvəzinə milli valyutalardan istifadə edəcəyi bildirilib.

Sputnik Türkiyə xəbər verir ki, Rusiyanın sənaye və ticarət naziri Denis Manturov verdiyi açıqlamada rus avtomobil istehsalçısı olan şirkətlərin Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə məsələsinə toxunub.

Nazir deyib: "İstehsalçılarımızın milli valyutalara keçib-keçmədiyini dəqiq olaraq deyə bilmərəm. Çünki istehsalçılarımızın sayı çoxdur. Lakin bir ay əvvəl bir sıra həmkarımızla keçirdiyimiz görüşlərə görə istehsalçılarımız yaxın bir zamanda yerli pul vahidləri ilə ticarətə keçməyə hazırlaşırdı".

Türkiyənin istehsalçı şirkətlərinin hazırda ticarətdə milli valyutaya məmnuniyyətlə keçdiyini deyən Manturov bildirib ki, milli valyuta ilə ticarət hər zaman riskdən qorunmağa yardımçı olur: “Lirə zəifləyib, rubl da bir az zəifləyib. Bizim üçün milli valyutalar ilə ticarət rahat olacaq”.

1198
Teqlər:
milli valyuta, imtina, Rusiya, Türkiyə, dollar
Əlaqədar
Dollar hegemoniyası davam edəcək
Dollar almaq istəyənlərə xoş xəbər
Mərkəzi Bankdan dollarla bağlı bədbin xəbər
Dollara gözlənilməz zərbə