Pakistan bayrağı, arxiv şəkli

Pakistanın yeni prezidentinin adı məlumdur

80
(Yenilənib 17:37 04.09.2018)
Pakistanın hazırkı prezidenti Məmnun Hüseyn ikinci müddətə prezident seçilmək üçün namizədliyini verməkdən imtina edib

BAKI, 4 sentyabr — Sputnik. Pakistanda prezident seçkiləri başa çatıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, seçkilərin yekunlaşması barədə Pakistan Mərkəzi Seçki Komissiyası bildirib.

Komissiya hazırda səslərin sayılmasını davam etdirir. "Geo.tv" telekanalı məlumat verir ki, hakim Ədalət Uğrunda Hərəkat Partiyasının (PTI) nümayəndəsi Arif Alvi Pakistanın 13-cü prezidenti seçilib.

Səsvermənin yekun nəticələrinin bu gün axşam elan olunacağı gözlənilir.

Pakistanın yeni prezidenti Arif Alvi
© AFP 2018 / FAROOQ NAEEM
Pakistanın yeni prezidenti Arif Alvi

Ölkə prezidentliyinə namizədliyini 3 nəfər irəli sürüb. Bu il dövlət başçısı vəzifəsi uğrunda üç namizəd — ümumi seçkilərdə qalib gələn Ədalət Uğrunda Hərəkat Partiyasının (Təhrik e İnsaf) nümayəndəsi Arif Alvi, Pakistan Xalq Partiyasının nümayəndəsi Aitzaz Əhsan, həmçinin bir neçə müxalifət birliklərinin nümayəndəsi Maulana Fəzl-ur-Rəhman mübarizə aparır.

Qeyd edək ki, Pakistanın hazırkı prezidenti Məmnun Hüseyn ikinci müddətə prezident seçilmək üçün namizədliyini verməkdən imtina edib.

80