Ən təhlükəli təşkilatın yaradıcısı öldü

© AFP 2023 / WAKIL KOHSARБоевики движения Талибан. Архивное фото
Боевики движения Талибан. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Taliban təşkilatı Haqqanin ölüm xəbərini bu gün yayıb

BAKI, 4 sentyabr — Sputnik. Əfqanıstanın ən təhlükəli qruplarından biri sayılan Haqqanilərin yaradıcısı Cəlaləddin Haqqani bu gün səhər saatlarında dünyasını dəyişib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Taliban iqtidarı dövründə nazir vəzifəsində çalışmış Haqqani uzun müddət xəstəlikdən əziyyət çəkib.

Taliban təşkilatı Haqqanin ölüm xəbərini bu gün yayıb.

Xatırladaq ki, ABŞ sovet işğalı zamanı Haqqani ilə əməkdaşlıq edib. Həmin dövrlərdə ABŞ lideri Ronald Reyqan Cəlaləddin Haqqani ilə görüşüb və bu görüş zamanı çəkilən fotoşəkil illərlə unudulmayıb. Ancaq 2001-ci ildə Taliban iqtidarı dəyişdikdən sonra Vaşinqton Haqqaninin başına 5 milyon dollar mükafat qoyub.

Amerika kəşfiyyat qaynaqları son illərdə Əfqanıstanda baş verən bütün hücumların arxasında Haqqanilərin olduğunu, buradakı qərbli güclərə ən böyük təhlükənin də bu təşkilat olduğunu hesab edir.

Xəbər lenti
0