İsrail qırıcı təyyarə,arxiv şəkli

İranla İsrail arasında böyük müharibə xəbərdarlığı - ABŞ kəşfiyyatından nələr sızıb

14323
(Yenilənib 12:08 04.09.2018)
ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan analitik mərkəz müharibə xəbərdarlığı edib

BAKI, 4 sentyabr — Sputnik. ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan "Rand Corporation" analitik mərkəzi İsrail ilə İran arasında qarşıdurmanın yeni müharibə riskini artırdığını yazıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, xəbərdarlıq İsrailin Suriyadakı İran hədəflərinə qarşı hücumları artırdığı bir ərəfədə edilib.

"Rand Corporation" İsrailin son aylarda İran və Hizbullaha məxsus hərbi obyektlərə qarşı tez-tez həyata keçirdiyi hücumları "müharibəyə aparan yol" kimi dəyərləndirib. Mərkəz gərginliyin sürətlə nəzarətdən çıxa biləcəyi xəbərdarlığını edib.

İsrail ilə İran arasında gərginliyi bəhanə edərək ABŞ əsgərlərinin Suriyadan çıxmasına etiraz edilən hesabatda bu ifadələrə yer verilib: "ABŞ Suriyadakı hərbi mövcudluğunu qoruyaraq yeni bir regional münaqişənin qarşısını ala bilər. Belə ki, ABŞ İranın hücumlarını və İŞİD-in yenidən ortaya çıxmasını əngəlləmək məqsədi güdür. Əks təqdirdə ABŞ bölgədən çıxarsa, Yaxın Şərq yeni bir savaş riski altına düşər".

Qeyd edək ki, dünən İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəsinin İranın Suriyadan kənarda olan hədəflərinə hücum etməyə hazırlaşdığını bildirib: "Biz özümüzü yalnız Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu, açıq-aşkar bilinməlidir".

İranın Suriyadan kənarda yerləşən hərbi məntəqələrinə zərbələr endirəcəklərini deyən Liberman, "biz mənbəyi hara olursa olsun, İranın bütün təhdidləri ilə mübarizə aparacağıq" — açıqlamasını verib, lakin İranın hansı ölkələrdəki hədəflərini vuracaqlarını açıqlamayıb.

Onu da xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu cari il avqustun 30-da verdiyi açıqlamada Suriya və İrana aid mövqelərin hədəfdə olduğunu bəyan etmişdi.

14323
Teqlər:
"Rand Corporation" analitik mərkəzi, xəbərdarlıq, müharibə, İran, İsrail, Suriya, kəşfiyyat, ABŞ
Əlaqədar
İsraildən İrana təhlükəli hədə
İran İsraillə Rusiya arasında mübahisə mövzusuna çevrilib
İsraillə Rusiya razılığa gəldi: Bazarlıq mövzusu İrandır
İsraildən sensasiyalı İran açıqlaması: Bütün hərbi obyektlərini məhv etdik
İran və İsrail sürətlə açıq müharibəyə doğru gedir
İsrail İrana hücum edə bilərmi – politoloq şərhi