ABŞ dolları

Dollara gözlənilməz zərbə

1335
(Yenilənib 09:12 03.09.2018)
İran-İraq ticarət palatasının sədri Yəhya əl-İsakın sözlərinə görə, tərəflər iki ölkə arasında ticarət əməliyyatlarında istifadə olunan valyuta siyahısından dolları çıxarıblar

BAKI, 2 sentyabr — Sputnik. İran və İraq hökuməti ticarət hesablamaları zamanı dollardan imtina etməyə qərara alıblar.

Sputnik Azərbaycan xəbər verir ki, İran-İraq ticarət palatasının sədri Yəhya əl-İsakın sözlərinə görə, tərəflər iki ölkə arasında ticarət əməliyyatlarında istifadə olunan valyuta siyahısından dolları çıxarıblar.

Bundan sonra hesablamalar avro, İran rialı və İraq dinarlarında aparılacaq.

Qeyd edək ki, bu gün Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, beynəlxalq ticarətin dollara bağlılığı tədricən böyük problemə çevrilir. Türkiyə prezidenti dolların beynəlxalq ticarətdəki dominantlığına qon qoymağa çağırıb.

1335
Teqlər:
imtina, İraq, İran, dollar
 Barak Obama, arxiv şəkli

Obamanı canlandıracaq şəxs məlum oldu

0
(Yenilənib 15:29 30.11.2020)
B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər"

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın 44-cü prezidenti olan Barak Obamanın həyatını əks etdirən bioqrafik film ekranlaşdırılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, keçmiş prezident onun həyat yolundan bəhs ediləcək filmdə, baş qəhrəmanı-yəni özünün obrazını yaradacaq sənətçinin adını açıqlayıb.

Barak Obamanın sözlərinə görə, onun obrazını kanadalı rep ifaçısı Dreyk (Obri Dreyk Qrem) ifa edəcək.

B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər".

Keçmiş prezidentin bəyəndiyi repçi Dreyk isə 2010-cu ildən Barak Obamanın surətini ekranda yaratmaq istədiyini açıqlayıb: "Çox istəyirəm ki, tezliklə belə bir film çəkilsin və mən Obama rolunu ifa edim. Onu nə zaman ekranda görsəm, kanalı dəyişmirəm, diqqətlə Obamanı dinləyir, səs tonuna fikir verirəm".

Qeyd edək ki, Dreyk 2001-ci ildə "Degrassi: The Next Generation" serialında 7 sezon boyunca "Jimmy Brooks" obrazını ifa edib.

0
Hadisə yerində

İranlı nüvə alimin ölümündə yeni detallar

9
Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var.

BAKI, 30 noyabr — Sputnik. İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan silah İsraildə istehsal olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı mənbəyə istinadən xəbər verir.

"Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var".

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

9
Teqlər:
İsrail, İran, Məhəmməd Cavad Zərif, Həsən Ruhani, Tehran, iranlı, alim, qətl