Tehranda yaşayış evində partlayış

Tehranda partlayış olub, ölən yaralananlar var

98
(Yenilənib 17:05 02.09.2018)
Qaz sızması nəticəsində baş verən partlayış evi tam dağıdıb və yaxınlıqdakı evlərə zərər vurub

BAKI, 2 sentyabr — Sputnik İranın paytaxtı Tehranda yaşayış evində partlayış baş verib.

Spunik Azərbaycan-ın Trend-ə istinadla verdiyi məlumata görə, partlayış nəticəsində azı 1 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

  • Tehranda yaşayış evində partlayış
    Tehranda yaşayış evində partlayış
    © Photo : TREND
  • Tehranda yaşayış evində partlayış
    Tehranda yaşayış evində partlayış
    © Photo : TREND
1 / 2
© Photo : TREND
Tehranda yaşayış evində partlayış

Məlumata əsasən, qaz sızması nəticəsində baş verən partlayış evi tam dağıdıb və yaxınlıqdakı evlərə zərər vurub.

Hazırda hadisə yerində dağıntılar altında insanların qalması ehtimalı olduğuna görə xilasetmə işləri davam etdirilir.

98
Teqlər:
qaz, partlayış, Tehran, İran
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 29 mini keçdi

1
Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

BAKI, 7 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 29285-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 349 nəfər artıb.

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 503-ə çatıb. Xəstəlikdən sağalanların sayı 16907 olub. Hazırda bu ölkədə 11711 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
COVİD-19-da ölən şəxs, arxiv şəkli

ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyona çatır

2
(Yenilənib 12:07 07.07.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 622 741-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 538 079 nəfər vəfat edib, 6 302 689 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 938 min 625 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2