Şam yandıran adam, arxiv şəkli

Qonşuda elektrik qazın qiyməti kəskin artdı

645
(Yenilənib 20:05 01.09.2018)
3 aydan bir tariflərə baxan təşkilat bu il bir ay tez - sentyabrın 1-də yeni qiymətlərin qüvvəyə minməsinə qərar verib

BAKI, 1 sentyabr — Sputnik. Türkiyənin Enerji Bazarlarının Tənzimləmə Təşkilatı yeni elektrik enerjisi tariflərinin müəyyən edilməsi ilə bağlı qərar qəbul edib.

Sputnik Azərbaycan "Sözçü"yə istinadla xəbər verir ki, 3 aydan bir tariflərə baxan təşkilat bu il bir ay tez — sentyabrın 1-də yeni qiymətlərin qüvvəyə minməsinə qərar verib.

"Resmi Gazete"də yer alan məlumatda deyilir ki, elektrik enerjisi tarifləri 14,6%-lə 16,2% arasında artırılıb.

Elektrik enerjisinin birdəfəlik tarifi 15%, üçvaxtlı tariflərdə isə gündüz 15%, gecə 16,2%, pik saatlarda isə 14,6% artırılıb.

Türkiyədə təbii qazın qiymətlərində də artım olub. Belə ki, BOTAŞ-ın elan etdiyi yeni qiymətlərdə təbii qazın tarifi əhali üçün 9%, qeyri-əhali (sənaye) üçün isə 14% artırılıb.

645
Teqlər:
elektrik, artım, qaz, Türkiyə, qiymət