İran ballistik raketi, arxiv şəkli

İrandan dünyanı qarışdıracaq həmlə gəldi, Ər-Riyad Təl-Əviv hədəf alınır

717
700 kilometr məsafə qət edən raketlər Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad və İsrailin paytaxtı Təl-Əvivi vurmaq gücünə malikdir

BAKI, 1 sentyabr — Sputnik. ABŞ-ın nüvə müqaviləsindən çıxması və yeni sanksiyalar elan etməsi ilə təlatümlü günlər keçirən İrandan Orta Şərqi qarışdıracaq həmlə gəlib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Tehran rəhbərliyi İraqdakı şiə müttəfiqlərinə onlarla ballistik raket göndərib. 700 kilometr məsafə qət edən raketlər Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad və İsrailin paytaxtı Təl-Əvivi vurmaq gücünə malikdir.

Ballistik raketlərin göndərilməsi ilə bağlı qərar 18 ay əvvəl verilib.

İranın İnqilab Qvardiyasının Qüds qüvvələrinin İraqın həm cənubunda, həm də qərbində bazaları var.

İranlı səlahiyyətlilərdən biri deyib ki, raketlərin İraqa göndərilməsi, İranın hücuma məruz qalması halında B planıdır. Raketlərin sayı artırıla bilər.

İraq hökuməti və ordusu raketlərlə əlaqədar bir açıqlama verməyib.

İran, Orta Şərqdəki əzəli düşmənləri İsrail və Səudiyyə Ərəbistanı ilə mübarizə aparır. ABŞ isə Tehran rəhbərliyinin fəaliyyətindən çox narahatdır.

717
Teqlər:
hədəf, Təl-Əviv, Ər-Riyad, şiə döyüşçülər, ballistik raket, İran, ABŞ
Dollar əskinasları və cüzdan, arxiv şəkli

20 dollarlıq əskinaslar dəyişir - SƏBƏB

8
(Yenilənib 20:27 26.01.2021)
Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.

BAKI, 26 yanvar — Sputnik. Demokratlar partiyasının namizədi Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ-da bir sıra yeniliklərin baş verəcəyi gözlənilir. Onlardan biri də 20 dollarlıq əskinasların üzərindəki təsvirin dəyişdirilməsi ilə bağlıdır.

Sputnik Azərbaycan-ın CNN Türk-ə istinadla yaydığı xəbər görə, bu barədə Ağ Evdən açıqlama verilib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, 20 dollarıq əskinasların üstünə ABŞ-ın 7-ci prezidenti, quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun rəsminin yerinə aktivist Harriet Tabmanın təsviri vurulacaq. C.Psaki hazırda prezident Co Baydenin tapşırığı ilə bu prosesin sürətləndirilməsi yollarının araşdırıldığını da vurğulayıb.

Qeyd edək ki, bu barədə qərar hələ Barak Obamanın hakimiyyətdə olduğu dövrdə, 2016-cı ildə qəbul edilsə də, həmin il prezident seçilən Donald Tramp bu fikrə qarşı çıxmışdı. O, əskinasların üzərindəki rəsmləri dəyişdirmək yerinə, dolların saxtalaşdırılmasının qarşısını almağa imkan verən tədbirləri artırmağı və bu işə vəsait ayırmağı daha məqsədəuyğun hesab etmişdi.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin yeni 20 dollarlıq əskinasların 2028-ci ildən əvvəl dövriyyəyə buraxılmayacağını bildirmişdi. Bayden hökumətində maliyyə naziri postunu tutacağı gözlənilən Janet Yellen isə bu prosesi sürətləndirmək fikrindədir.

C.Psaki onu da vurğulayıb ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.

Xatırladaq ki, keçmiş prezident Donald Tramp Amerikanın yerli hindu tayfalarının sürgün edilməsi təşəbbüsünü irəli sürmüş və quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun pərəstişkarı olduğunu dəfələrlə dilə gətirmişdi.

8
Teqlər:
dəyişiklik, ədəd saxta əskinas, ABŞ, dollar

Həftənin sonunadək üç nəhəng asteroid "qonağımızdır"

4
(Yenilənib 20:27 26.01.2021)
Bu gün 2021 AL və 2021 BD3 asteroidləri də planetimizin yanından ötüb. Onlarla aramızdakı məsafə Yerdən Ayadək olan məsafənin 10 qatına bərabər olub.

BAKI, 26 yanvar - Sputnik. Bir neçə asteroid bu həftənin sonunadək Yerin yanından keçəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə NASA-nın Yerətrafı Obyektlərin Öyrənilməsi Mərkəzi məlumat yayıb. 

Məlumata görə, yanvarın 28-də Yerdən Ayadək olan məsafənin 5,5 qatı qədər uzaqlıqdan (təxminən 2,2 milyon km) 2021 BZ asteroidi keçəcək. Onun ölçüsü 29-65 metr arası təxmin edilir. O, Bakı vaxtı ilə təxminən 8:12-də Yerə ən yaxın məsafədən keçəcək. 

Bir qədər iri (47-110 m) 2021 AG7 asteroidi isə cümə günü "qonağımızdır". Onun Yerə ən yaxın məsafədən Bakı vaxtı ilə 12:50-də keçəcəyi təxmin edilir. Bu məsafə planetimizdən Ayadək olan məsafədən 11 dəfə çoxdur. Cümə günü axşam üçüncü bir asteroid - 2021 AF7 - daha da uzaq məsafədən keçəcək. Onun ölçülərinin 24-53 m olduğu təxmin edilir. 

Qeyd edək ki, bu gün 2021 AL2021 BD3 asteroidləri də planetimizin yanından ötüb. Onlarla aramızdakı məsafə Yerdən Ayadək olan məsafənin 10 qatına bərabər olub. Təxminən 67 m böyüklükdə olan asteroid Yerin yaxınlığından  5:01-də, balaca asteroid (19-43 m ölçüdə) isə 13:58-də keçib. 

4
Teqlər:
Yer, asteroid
Kişi kabab bişirir, arxiv şəkli

İki manatından keç, piknikini elə

0
(Yenilənib 20:44 26.01.2021)
Piknik etmək üçün yer axtarmaq indən belə çətin olmamalıdır. Nazirlik rəsmisinin sözlərinə görə, milli parklarda piknikə icazə var

BAKI, 26 yanvar — Sputnik. "Milli parklarda piknik etmək olar, bunun üçün parklarda turist marşrutları üzrə piknik nöqtələri də yaradılıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, piknik nöqtələrinin sayı milli parklarda keçən ilə nisbətən daha da artırılıb: "Nazirlər Kabineti tərəfindən milli parklara giriş qiyməti 2 manat müəyyən edilib. Bu vəsait hər bir mili parkın xüsusi fondunda toplanır və parkın imkanlarının yaxşılaşdırılmasına sərf edilir".

0
Teqlər:
icazə, milli park, piknik