Almaniyada neft emalı zavodunda partlayış - İnsanlar evakuasiya edilir

© REUTERS / Andreas GebertAlmaniyada zavodda partlayış, 1 sentyabr 2018-ci il
Almaniyada zavodda partlayış, 1 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata görə, hadisə nəticəsində 3-ü ağır olmaqla 8 nəfər yaralanıb

BAKI, 1 sentyabr — Sputnik. Almaniyanın Bavariya əyalətində "Bayernoil" şirkətinin neft emalı zavodunda partlayış baş verib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, polis səhər baş verən partlayışdan sonra böyük yanğının başladığını bildirib.

Hadisə yerinə çox sayda polis, yanğınsöndürmə və xilasetmə qrupu cəlb edilib. İlkin məlumata görə, hadisə nəticəsində 3-ü ağır olmaqla 8 nəfər yaralanıb. Əhaliyə tüstü ilə bağlı xəbərdarlıq edilib, evlərin pəncərə və qapılarının bağlanılması istənilib. Təxminən 1800 nəfərin ərazidən təxliyə ediləcəyi qeyd edilib.

Yanğınsöndürmə işləri davam edir, nəqliyyatın hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb.

Xəbər lenti
0