Antimüsəlman lider geri çəkildi: Müsabiqə olmayacaq

© AFP 2023 / Daniel LEAL-OLIVAS Gert Vilders
Gert Vilders - Sputnik Azərbaycan
Abunə olmaq
Məhəmməd Peyğəmbər karikatura müsabiqəsi ləğv olundu

BAKI, 1 sentyabr — Sputnik. Hollandiyanın ultrasağ "Azadlıq" partiyasının sədri Gert Vilders Mühəmməd Peyğəmbər mövzusunda keçiriləcək karikatura müsabiqəsini ləğv edib.

Qeyd edək ki, Pakistan höküməti Vildersin təşkil etmək istədiyi karikatura müsabiqəsini etirazla qarşılamışdı. Bu ölkədə hətta Hollandiya ilə diplomatik əlaqələrin kəsilməsini də təklif edənlər olmuşdu. Bəzi digər müsəlman ölkələrində də ciddi etiraz aksiyaları keçirilmişdi. Hətta Vildersin başına pul qoyanlar belə tapılmışdı.

Vilders Facebook-da status yazaraq məsələyə aydınlıq gətirib. O, deyib ki, bu müsabiqəni "məsum insanların təhlükəsizliyi" üçün təxirə salıb.

Qeyd edək ki, müsabiqə 10 noyabrda keçirilməli və qalibə 8500 avro verilməli idi.

Xəbər lenti
0