Binyamin və Sara Netanyahular

Netanyahunun ailə üzvlərinin adı rüşvət qalmaqalında keçir

30
(Yenilənib 23:34 31.08.2018)
Netanyahu isə bu ittihamları rədd edir

BAKI, 31 avqust — Sputnik. İsrail polisi apardığı korrupsiya araşdırmasında baş nazir Binyamin Netanyahunun həyat yoldaşı və oğlunun rüşvət aldığı şübhəsi olduğunu açıqlayıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İsrail polisi telekommunikasiya korrupsiya araşdırması ilə bağlı Netanyahunun həyat yoldaşı və oğlunun rüşvət aldığından şübhələnir.

Polis, Netanyahunu Qüdsdəki Baş Nazirin iqamətgahında 4 saat ərzində sorğu-suala çəkib. Polisin, Netanyahunun həyat yoldaşı Sara və oğlu Yair Netanyahunun rüşvət aldığı nəticəsinə gəlindiyi bildirilib.

Eyni istintaq çərçivəsində daha əvvəl də bir neçə dəfə baş nazir ifadə verib.

Baş nazir "Bezeq" media şirkətinə özü ilə bağlı yayım etməsi müqabilində maddi dəstək verməkdə şübhəli bilinir. Netanyahuya yaxın iki nəfər də bu istintaq çərçivəsində həbs olunub.

Haqqında 4 ayrı korrupsiya araşdırması olan və bu istintaqlarda ən az 10 dəfə ifadə verən Netanyahuya iş adamlarından bahalı hədiyyələr aldığı, Almaniyadan alınan sualtı gəmilərdə adının korrupsiyaya qarışdığı və s. ittihamları irəli sürülüb.

Netanyahu isə bu ittihamları rədd edir.

30