S-400 zenit-raket sistemi

ABŞ-dan daha bir ölkəyə S-400 hədəsi

195
(Yenilənib 02:53 30.08.2018)
ABŞ Hindistana qarşı sanksiyalar tətbiq edəcəyini istisna etmədiyini də bildirib

BAKI, 30 avqust — Sputnik. ABŞ Hindistanın Rusiyada S-400 zenit-raket kompleksləri də daxil olmaqla silah almaq planlarında narahatdır.

Sputnik Azərbaycan-ın Trend-ə istinadən məlumatına görə, bunu ABŞ-ın müdafiə nazirinin Asiya və Sakit Okean regionu üzrə köməkçisi Rendall Şriver deyib.

Şriverin sözlərinə görə, ABŞ bununla əlaqədar Hindistana qarşı sanksiyalar tətbiq edəcəyini istisna etmədiyini də bildirib.

Vaşinqtonda Karnegi Mərkəzində çıxışı zamanı nazir köməkçisi həmçinin qeyd edib ki, Hindistana CAATSA sanksiyaları haqqında qanundan hər hansı istisnaya zəmanət verə bilməz.

195
Teqlər:
ABŞ, sanksiya, S-400 zenit-raket kompleksi, Hindistan