Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türk mentaliteti: Ankara ABŞ-la barışsa, ictimaiyyət bunu başa düşməyəcək

Abunə olmaq
Şərqşünas Yuri Mavaşev Ankaranın Vaşinqtonla bazarlığa getməməsinin və Amerika qırıcıları qarşılığında S-400-lərdən imtina etməməsinin səbəblərini şərh edib

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Türklərlə təhdid və təzyiq mövqeyindən hər hansı dialoq aparmaq mümkün deyil. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Müasir Türkiyəni Öyrənmə Mərkəzinin siyasi istiqamət üzrə rəhbəri, şərqşünas Yuri Mavaşev deyib.

U.S. pastor Andrew Brunson reacts as he arrives at his home after being released from the prison in Izmir, Turkey July 25, 2018 - Sputnik Azərbaycan
Ankara-Vaşinqton qarşıdurmasında ilk müsbət dinamika

Bu günlərdə ABŞ-ın Nümayəndələr Palatasının üzvlərindən ibarət heyət Türkiyəyə səfəri zamanı Ankaranı Rusiyadan S-400 zenit raket sistemini almaqdan imtina etməyə çağırıb. Onlar bildiriblər ki, əgər Ankara 5-ci nəsil F-35 döyüş təyyarələri ilə təchiz olunmaq istəyirsə, Rusiya istehsalı olan S-400-ləri əldə etməkdən çəkinməlidir.

Mavaşevin fikrincə, indi ABŞ Ankara ilə bağlı nəsə əldə etmək üçün danışıqlarda müəyyən bir bazaya malik olmalıdır. Lakin hazırda belə bir baza mövcud deyil.

Bununla belə, ekspert xatırladıb ki, Amerika nümayəndə heyətinin tərkibi kifayət qədər geniş olub. Orada ABŞ Nümayəndələr Palatasının komitə üzvləri Maykl Törner (Michael Turner) və Con Qaramendi (John Garamendi), eləcə də, Nümayəndələr Palatasının beynəlxalq münasibətlər komitəsinin üzvü Tom Marino təmsil olunub. Deməli, bu, planlaşdırılmamış səfər olub.

Şərqşünasın fikrincə, məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp öz fəaliyyətləri ilə Amerika-Türkiyə münasibətlərinin soyumasına nail olub. Anti-türk sanksiyalar Türkiyə ictimaiyyətində ciddi əks-reaksiyalar doğurub ki, bunun da qarşısını heç nə ilə almaq mümkün deyil.

"Buna görə də danışıqlar üçün baza yoxdur. Heç bir heyətin heç bir qısamüddətli səfəri bu vəziyyəti düzəldə bilməz " — Mavaşev deyib.

Sputnik-in həmsöhbəti əmin olduğunu ifadə edib ki, Türkiyə tərəfindən zahiri addımlar atılsa belə, onlar da baş verənləri hamarlaya və yumşalda bilməyəcək. Türkiyə-Amerika münasibətləri artıq əvvəlki vəziyyətinə qayıtmayacaq. Onların strateji tərəfdaşlığı da böyük sual altına düşəcək.

Almaniyanın xarici işlər naziri Heiko Maas - Sputnik Azərbaycan
Almaniyadan gözlənilməz Türkiyə çağırışı: ABŞ-a qarşı müqavimət göstərək

Görüşdə söhbətin getdiyi F-35 qırıcılarına gəlincə, Mavaşev hesab edir ki, zenit-raket kompleksinin əvəzinə tamamilə başqa bir miqyasda təyyarə uyğun təklif deyil. Şərqşünas deyib ki, zenit-raket kompleksi bütün ölkənin hava məkanını qorumaq üçün nəzərdə tutulub. F-35-lər isə az nəzərə çarpan çoxfunksiyalı bombardmançı-qırıcı təyyarələrdir. Əlbəttə ki, bunlar bərabər şeylər deyil.

"Türkiyə-ABŞ münasibətlərində indiyə qədər istifadə olunan danışıq tərzi vəziyyətin tez bir zamanda yoluna qoyulmasına heç bir şans vermir" — deyə şərqşünas bildirib.

Mavaşevin ehtimalına görə, Konqres nümayəndələri detalları açıqlanmayan danışıqlarda türk tərəfinə "artıq prezident Tramp deyil, kimsə başqası olanda, Türkiyə strateji tərəfdaşımız olacaq" eyhamını vurublar.

Ekspertin fikrincə, amerikalılar Türkiyənin nə dərəcədə vacib olduğunu başa düşürlər. Əgər bunu başa düşməsəydilər, Konqres nümayəndələri görüşə gəlməzdilər. Lakin bu da münasibətlərə kömək etməyəcək.

ABŞ-da Azadlıq heykəli - Sputnik Azərbaycan
Tramp özü qazdığı quyuya düşür, ABŞ-da iqtisadi böhran başlayır

"Özünün bütün mənfilərinə baxmayaraq, türk siyasi mədəniyyəti çox sağlamdır. Bu mədəniyyət deyir ki, türk isteblişmenti ictimaiyyətin rəyini nəzərə almadan hansısa qərarı qəbul edə bilməz. Sıravi türkün isə hazırda ABŞ-a münasibəti kifayət qədər neqativdir" – deyə şərqşünas vurğulayıb.

Mavaşev, həmçinin deyib: "Türk mentalitetini başa düşmək lazımdır. Türklərə qarşı təhdid, təzyiq mövqeyi tutmaqla heç bir konstruktiv dialoq aparmaq olmaz".

S-400-lərə gəlincə, Sputnik-in həmsöhbəti hesab edir ki, türk ictimaiyyəti və türk isteblişmenti artıq bu vəziyyətdə Rusiyanın Türkiyəyə dəstəyinin sözsüz səmimi olduğunu görür. Və onlar buna görə Rusiya tərəfinə çox minnətdardır.

Onun sözlərinə görə, türklər görür ki, Rusiya türk-amerikan münasibətlərinin pisləşməsindən istifadə edərək heç bir şərt irəli sürmür və əgər irəli sürsə də, bunu çox savadlı şəkildə edir. Bu gün Rusiya və Türkiyə ABŞ-la münasibətlər məsələsində eyni qayıqda yer alır. Və əgər Türkiyə birdən-birə ABŞ-la razılığa gəlsə və onunla barışsa, onda türk ictimaiyyəti bunu heç cür başa düşməyəcək.

Din adamı Fətullah Gülənin Ankaranın tələbi əsasında Türkiyəyə verilməsinə gəlincə, şərqşünas deyib ki, amerikalılar çoxdandır Gülənin təşkilatından istifadə edirlər. Təşkilat bu əməkdaşlıq haqqında kifayət qədər məlumatlara malikdir.

Almaniyanın xarici işlər naziri Heiko Maas - Sputnik Azərbaycan
Almaniyadan gözlənilməz Türkiyə çağırışı: ABŞ-a qarşı müqavimət göstərək

Mavaşev qeyd edib ki, Gülənin Türkiyəyə verilməsinin onun bütün dünyada əməkdaşlıq etdiyi şəxslərin təhlükəsizliyinə qarşı təhdid olacağı aydındır. Bununla yanaşı, artıq Gülənin dövrü keçib. Hazırda heç Türkiyə rəhbərliyinə də Gülənin ölkə ərazisində peyda olması sərf eləmir. Hər iki tərəf üçün ən əlverişli olanı Gülənin istənilən formada mövcudluğunun bitməsidir.

"Bütün bunlara baxmayaraq, mən düşünürəm ki, Gülənin Ankaraya verilib-verilməməsindən asılı olmayaraq, türk-amerikan münasibətlərindəki çat qalacaq. Hesab edirəm ki, Vaşinqton Güləni verməyəcək, çünki ABŞ-ın öz simasını itirmədən bunu etmək üçün heç bir yolu yoxdur" – şərqşünas deyib.

Əgər söhbət Gülənin amerikalı pastor Endryu Bransonla dəyişdirilməsindən gedirsə, ekspert hesab edir ki, bu, ABŞ üçün əlverişli deyil. Çünki Vaşinqton istənilən halda onu geri almaq istəyir.

Onun sözlərinə görə, ABŞ-a görə, Amerika vətəndaşı heç yerdə və heç bir səbəbdən saxlanıla bilməz. Əgər rahiblər əvəz-əvəz dəyişdirilsə, onda belə çıxacaq ki, Türkiyə ABŞ-a bərabər tərəfdaş kimi baxır. Halbuki amerikalılar Ankaraya elə baxmır. Türkiyəyə qarşı sanksiyalar isə türk isteblişmentinə onun öz suverenliyi ilə oynadığını göstərmək məqsədilə tətbiq edilir.

"Buna görə də nümayəndə heyətləri gələcək, nə isə danışmağa cəhd edəcək, amma düşünmürəm ki, bütün bunlar vəziyyətdə keyfiyyət dəyişikliyi yaradacaq" — deyə Sputnik-in həmsöhbəti bildirib.

ABŞ və Türkiyə münasibətləri son vaxtlar 2016-cı ildə Türkiyə hökuməti tərəfindən saxlanılmış amerikalı rahib Endryu Bransonun işi ilə əlaqədar olaraq pisləşib. Avqustun əvvəllərində ABŞ-ın Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Abdülhamit Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etməyə qərar verib. Onlar "insan hüquqlarını kobud şəkildə pozmaqda" günahlandırılırlar.

Xəbər lenti
0