Rusiya prezidenti Vladimir Putin

Putin bir çıxışla rublu qaldırdı

211
(Yenilənib 15:30 29.08.2018)
Qeyd edək ki, 1 ABŞ dolları 67,93 rubla bərabərdir

BAKI, 29 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin pensiya dəyişiklikləri ilə bağlı çıxışı zamanı rublun dollar və avroya nisbətdə məzənnəsi müvafiq olaraq 20 və 40 qəpik artıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Trend bunu  bunu Moskva birjasının ticarət məlumatlarına istinadən xəbər verir.

Dövlət başçısının çıxışının əvvəlində dollar rubla qarşı 24, avro isə 13 qəpik bahalaşmışdı.

Qeyd edək ki, 1 ABŞ dolları 67,93 rubla bərabərdir.

211
Teqlər:
məzənnə, avro, dollar, çıxış, pensiya, Rusiya prezidenti Vladimir Putin
: Yaponiyada qoruyucu maskada olan insanlar

İnsana hörmət: COVID-ə görə təmassız lift yaratdılar

3
(Yenilənib 17:58 29.11.2020)
Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb

BAKI, 29 noyabr - Sputnik. Yaponiyanın Hitachi Ltd. və Mitsubishi Electric şirkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün təmassız lift modelləri təqdim ediblər.

Sputnik Azərbaycan bildirir ki, NHK telekanalının məlumatına görə, yeni Hitachi modelində liftin çağırılması, yaxud da hansısa mərtəbəyə qalxması üçün düymələrə gərək yoxdur. Bunun üçün LİNE ani mesajlaşma tətbiqindən, yaxud liftin kabinəsinin böyründə həkk olunmuş xüsusi QR-şifrənin skanından istifadə etmək olar. İstənilən mərtəbənin seçimini insan öz smartfonu vasitəsilə idarə edir, buna görə də hansısa düyməyə basmağa gərək qalmır.

Mitsubishi Electric-in lifti isə avtomatik olaraq gəlir və adamı lazımi mərtəbəyə qaldırır, ancaq bunun üçün öncədən sistemə smartfon üçün olan tətbiq vasitəsilə həmin adam haqda məlumatlar daxil edilməlidir.

Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb, 10 nəfər dünyasını dəyişib. Epidemiya başlayandan Yaponiyada 148272 nəfər yoluxub, bunlardan 2133 nəfər dünyasını dəyişib. 122550 nəfər isə sağala bilib.

3
Teqlər:
kontaktsız, lift, risk, yoluxma, Yaponiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Fransa polisi

"Demokratiyanın beşiyi"ndə iğtişaşlar: qanun layihəsi 133 min insanı özündən çıxardı

11
(Yenilənib 17:51 29.11.2020)
Polislərin foto və videolarının çəkilməsini qadağan edən qanun layihəsi Fransada 133 min insanı hiddətləndirib. Onlar küçələrə axışaraq polislərə "hədlərini bildirməyi" özlərinə borc biliblər

BAKI, 29 noyabr - Sputnik. Fransada şənbə günü, noyabrın 28-də keçirilən "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyalarında ən azı 62 polis əməkdaşı xəsarət alıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən bildirir ki, 23 polis işçisi Parisdə, 39-u isə əyalətlərdəki aksiyalarda yaralanıb.

Həmçinin bildirilir ki, iki nəfər etirazçı Baş Polis Müfəttlişliyinə hüquq-mühafizə orqanları tərəfindən zorakılığa məruz qaldıqları barədə şikayət edib.

Etiraz aksiyası zamanı suriyalı fotoqraf Əmir Əl-Həlbi başından yaralanıb. "Sərhədsiz reportyorlar"ın baş katibi Kristof Deluar fotoqrafa qarşı "polis tərəfindən yolverilməz zorakılığı" qınayıb.

Ölkə üzrə 80 etirazçı həbs edilib.

Noyabrın 28-də Fransanın 70 şəhərində "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilib. Bu layihə faktiki olaraq polis və jandarmeriya əməkdaşlarının foto və videolarını çəkməyi qadağan edir. Etiraz aksiyalarında "Siz silahları endirin, biz də kameraları" şüarları səsləndirilib. Aksiyalarda 133 min nəfər iştirak edib.

11
Teqlər:
qanun layihəsi, xəsarət alanlar, polis, etiraz aksiyaları, iğtişaş, Fransa