Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nyu-Yorkda şöhrət qazanan azərbaycanlı uğurunun sirlərini bölüşür

© Photo : Instagram / iblondeeModa bloggeri Günel İsmayıllı
Moda bloggeri Günel İsmayıllı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın ilk moda bloggeri Günel İsmayıllı məşhurlaşdığı Amerikaya getməsindən peşman deyil

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Daha çox Iblonde kimi tanınan Azərbaycanın ilk moda bloggeri Günel İsmayıllının həyatı bir çox dünya brendləri ilə əməkdaşlıq etdiyi Nyu-Yorka gedəndən sonra, tamamilə dəyişib. Özünün ABŞ-dakı uğurları barədə o, Sputnik Azərbaycan-a müsahibəsində danışıb.

— Günel, siz necə moda bloggeri oldunuz?

— Mən bu barədə tarixçəni artıq dəfələrlə danışmışam. Hər şey çox sadə və asan olub. Bir dəfə mənə dedilər ki, sən hara, bloggerlik hara? Mənsə cavab verdim ki, olacam və oldum da. Məncə bu, mənim üçün ən yaxşı təkan oldu. Odur ki, bloqçuluq həyatımı çox güclü şəkildə dəyişdi. Elə ən maraqlı şeylərin hamısı da məhz bundan başladı.

© Photo : Instagram / iblondeeAzərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı
Azərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı  - Sputnik Azərbaycan
Azərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı

— Siz bloqçuluğa ən başda ciddi və peşəkar fəaliyyət növü kimi baxırdız? 

— Mən perfeksionistəm (həm özünə, həm də ətrafdakılara həddən artıq tələbkar yanaşan, məsuliyyət anlayışını qeyri-adekvat dərəcədə şişirdən adam-red.), ona görə də nəyisə yarımçıq edə bilmirəm. Bloggerliklə məşğul olmağa başalayana qədər mənim şəklimi sosial şəbəkələrdən tapmaq mümkün deyildi. Çünki mən dəhşətli dərəcədə kameralardan qorxurdum və şəkil çəkdirməyi ümumiyyətlə sevmirdim. Düşünürəm ki, əvvəllər mən bunu kimə və nəyəsə görə edirdim. Amma insanların reaksiyasını, izləyicilərin sayını görəndən sonra başa düşdüm ki, bu elə mənlikdir. Əlbəttə bu, çox əla idi, çünki mən insanlar üçün maraqlı idim.

— Fashion-blogger bir neçə il əvvəl Azərbaycanın fashion-sənayesi üçün yeni anlayış idi. Azərbaycanın ilk moda bloggeri olmaq necədir?

— Əvvəlcə çox çətin idi, xüsusilə də söhbət əməkdaşlığa gələndə. İnsanlara kim olduğunu, bloggerliyin nə olduğunu izah etmək lazım gəlirdi. Mən ilk adam idim ki, bu işi pula çevirdim və bundan gəlir əldə etməyə başladım. Düşünürəm ki, bu işdə mənə biznes və marketinq sahəsində aldığım təhsil də kömək etdi. Şadam ki, nə vaxtsa təslim olmadım.

— Hazırda Azərbaycanda bu sahənin inkişafını və həmkarlarınızı necə qiymətləndirirsiz?

— Düzünü desəm, mən Azərbaycanda nə baş verdiyini ümumiyyətlə izləmirəm. Buna sadəcə vaxtım yoxdur. Həmkarlarım arasındakı mənasız rəqabətin hər zaman fərqinə vardığımı da deyə bilmərəm. Hər bir bloggerin öz kontenti, yanaşması və təqdimat üsulu var. Heç kəs heç kəsin rəqibi deyil. Biz onsuz da hamımız fərqliyik. Nyu Yorkda hər şey tamam başqadır. Biz bir-birimizə kontenti müəyyənləşdirməkdə kömək edirik, şirkətlərin əlaqə vasitələrini bölüşürük, məsləhətlər veririk.

© Photo : Instagram / iblondeeAzərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı
Azərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı  - Sputnik Azərbaycan
Azərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı

— Hər kəs moda bloggeri ola bilər? 

— Düşünürəm ki, əgər sənin zövqün varsa, maraqlı və fəal həyat tərzi keçirirsənsə, sən maraqlı olacaqsan və insanlar səni tapmağa çalışacaqlar. Bloggerlik öz təcrübəni başqaları ilə bölüşmək qabiliyyətidir.

— Moda bloggerinin hansı keyfiyyətləri olmalıdır?

— Kreativliyi, sosiallığı və düşüncələrini insanlara çatdırmaq qabiliyyəti. Əlbəttə ki, kontent vacibdir və müəyyən zövqlərə malik olmalısan.

— Özünəməxsus kontentə malik olmaq üçün çoxlu pulun olması vacibdir?

— Bütün bunlar boş söhbətlərdir. Mən ümumiyyətlə hesab edirəm ki, ən əsası stili duymaqdır. Bəzən insan ikinci əldən elə dəbli bir şey tapır ki, o, pul kisəsindəki bütün pullarını verib aldığın istənilən geyimdən milyon dəfə yaxşı olur. Ən əsası istək və yaxşı zövqdür.

— Siz Azərbaycanda çox populyar olmusuz. Niyə ABŞ-da yaşamaq qərarına gəldiz? 

© Photo : Instagram / iblondeeAzərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı
Azərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı  - Sputnik Azərbaycan
Azərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı

— Biz hamımız həyatda böyümək istəyirik. Mənim üçün ABŞ-a gəlmək bir növ karyeramı inkişaf etdirmək, hər şeyi sıfırdan başlamaq istəyi, özümü sınamaq cəhdi idi. Bakıdakı sonuncu ilim mənim üçün çox darıxdırıcı idi. Ona görə də mən hər şeyi buraxıb oranı tərk etdim.

— Amerikaya gedəndən sonra həyatınız necə dəyişdi?

— Çox dəyişdi. Bura gələnə qədərki adamla bura gələndən sonrakı adam tamamilə iki fərqli adamdır. Mən bura gələndən sonra dost-tanışlarla əlaqələrimi kəsdim və hər şeyi sıfırdan başladım. Nyu Yorkda itimdən başqa mənim yanımda heç kəs yox idi. Bura gəlişimdən artıq bir il keçib və hazırda mənim çox yaxşı dostlarım, tanışlarım var, həmçinin bir çox şirkətlərlə əməkdaşlıq edirəm. İndi özümü rahat, ən əsası isə evdəki kimi hiss edirəm. Mən bunu heç nəyə dəyişmərəm. Yanında həmfikirlərin olanda sən inkişaf etməyə başlayırsan. Bakıda mənə məhz bu çatışmırdı. Üstəlik, burada məni yarım sözdən anlayan, insan kimi qiymətləndirən adamların dəstəyi var. Nyu York mənə çox şey öyrədib və mən ona çox minnətdaram. Orada keçirdiyim hər günü qiymətləndirirəm.

— Xaricdə irəli getmək bir qədər çətindir. Amerikada hansı nailiyyətlər əldə etmisiz?

— İrəli getmək üçün ünsiyyətcil olmaq, yeni tanışlıqlar və sadəcə yaxşı insan olmaq lazımdır. Mənə Amerikada onlarla işləmək şansı verən bütün şirkətlərə minnətdaram. Hazırda mənim portfoliomda Ole Henriksen, Urban Decay, Guess, M.Gemi, Pamella Roland, Christian Cowan, Banana Republic, Intermix, Rag and Bone və s. kimi şirkətlər var. Bu günlərdə US Open və NASA üçün layihələr etmişəm. Əlbəttə bunlar mənim üçün çox qəribə və xoşdur. Bununla yanaşı, yaxın günlərdə Nyu Yorkda üçüncü dəfə moda həftəsində iştirak edəcəm. Əvvəllər bunu heç xəyal belə edə bilməzdim.

— Nəzərə alanda ki, Nyu Yorkda modellər və bloggerlər arasında çox böyük rəqabət var, siz yüzlərlə, minlərlə həmkarınızın içindən necə irəli çıxa bilmisiz?

— İşləmək, işləmək və yenə də işləmək. Siz bir işə nə qədər çox zəhmət çəksəz, bir o qədər də yaxşı nəticə əldə edəcəksiz. Mən yəqin ki, onunla fərqlənirəm ki, ABŞ-da böyümüşəm, uzun müddət orda yaşayıb sonra Azərbaycana qayıtmışam. Ona görə də onların mentalitetini yaxşı anlayıram. Bundan əlavə mən azərbaycanlı olsam da, amerikalıya çox bənzəyirəm. 

© Photo : Instagram / iblondeeAzərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı
Azərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı - Sputnik Azərbaycan
Azərbaycanın ilk dəb bloggeri Günel İsmayıllı

— Siz yeni başlayan fashion-bloggerlərə nə məsləhət verərdiz?

— Özünüz olun! Bizim zəmanəmizdə, sosial şəbəkələr ucbatından bu çox çətindir. Biz orada ideal həyatları olan ideal adamlar görürük. Amma başa düşmürük ki, bütün bunlar illüziyadır. İdeal insan yoxdur. Hər birimizin qüsurları var. Düşünürəm ki, bunu sadəcə başa düşmək, qəbul etmək və öz qayənə çevirmək lazımdır. Elə kontent yaratmaq lazımdır ki, siz özünüz də onu rahatlıqla oxuya biləsiniz. Əgər siz Bakıda bu işə başlamaq istəsəz, heç vaxt brendlərlə alver etməyin və heç vaxt da imkan verməyin ki, sizinlə alver etsinlər. Misal üçün Zara-ya, ya da bir başqa mağazaya gedib onlardan sizə nəyisə ucuz satmalarını rica etməyin. Siz öz sənətinizin və vaxtınızın qədrini bilin!

— Bakıya yenidən nə vaxt qayıtmağı düşünürsüz?

— Bakıya hələlik bilmirəm. Amma tezliklə deyil. Yaxın illərdə mənim çox gərgin qrafikim var. Ona görə də bu haqda daha sonra düşünəcəm.

Xəbər lenti
0