Ərdoğanın Visbaden şəhərindəki heykəli

Ərdoğan Almaniyanı qarışdırdı

417
(Yenilənib 20:25 28.08.2018)
Onlara heykəlin festival çərçivəsində gətirildiyini izah edə bilmirik

BAKI, 28 avqust — Sputnik. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Almaniyanı "qarışdırıb". Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən gecə bir sənət festivalı çərçivəsində Almaniyanın Visbaden şəhərində Birləşmiş Almaniya parkına qoyulan 3 metrlik qızılı rəngli Rəcəb Tayib Ərdoğan heykəli ölkəni qarışdırıb.

Məlumata görə, heykəl Visbaden Biennale adlı festivalda "Pis xəbərlər" şüarı altında hazırlanın tədbirlər çərçivəsində hazırlanıb. Heykəl 2,5 ton ağırlığındadır. Sağ əli ilə nəyəsə işarə edən heykəli görənlər bələdiyyəyə zəng edir. Visbaden şəhər idarəsinin məlumatına görə, təəcüblənən və əsəbləşən insanlar zəng edir: "Onlara heykəlin festival çərçivəsində gətirildiyini izah edə bilmirik". 

Festivalla bağlı açıqlama verən Visbaden bələdiyyəsinin sədri Sven Geriç bildirib ki, onun fikrincə heykəl hər hansı siyasi bir müzakirəyə səbəb olmayacaq və bu bir sənət əsəridir.

Lakin bütün bunlara baxmayaraq heykəlin ətrafında polsi qaravul çəkir.

Ancaq heykəl indidən bir çox adamın ziyarət yerinə çevrilib. Alman mətbuatı isə heykəlin Türkiyə və Almaniya arasında yeni bir böhran yaradacağından narahatlığını bildirib.

Qeyd edək ki, reaksiyalara görə heykəl bazar günü qoyulduğu yerdən götürüləcək. Ancaq onun həmin ərazidə 3 ay qalacağı planlaşdırılırmış.

417