Глава МИД Турции Мевлют Чавушоглу

Mövlud Çavuşoğlu Vaşinqtona qarşı şərt irəli sürdü

391
(Yenilənib 18:11 28.08.2018)
Türkiyənin xarici işlər naziri: "Bu, bir seçim deyil, zərurətdir"

BAKI, 28 avqust — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ konqresmenlərinin üzvlərinin "S-400"-dən imtina etsəniz, F-35 qərarı dəyişə bilər" təklifinə münasibət bildirib.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, türkiyəli nazir Konqres üzvlərinin Türkiyəyə səfərə gəlməsini mühüm hadisə hesab edir: "ABŞ-da müxtəlif qurumlar, fərqli mövqelər var. Türkiyənin əhəmiyyətini bilən Konqres üzvləri də var. Hər şeyə rəğmən, ABŞ ilə dialoqun olması vacibdir. FETÖ-nün "zəhərlədiyi" qruplar da mövcuddur. Münasibətləri normallaşdırmaq üçün qəbuledilməz şərtlər qoymamaq lazımdır. Türkiyənin hava müdafiə sisteminə ehtiyacı var. Bunu ABŞ da daxil müttəfiqlərimizdən istədik, ancaq ala bilmədik".

Nazir deyib: "ABŞ bizə "patriot"ları satacağına zəmanət verə bilər? Hava müdafiə sistemini almaq təhlükəsizliyimiz üçün lazımdır. Bu, bir seçim deyil, zərurətdir. Onsuz da biz F-35-in ortağıyıq. ABŞ, "mən istədiyimi edirəm" desə, bunun bir qarşılığı olur. ABŞ ilə olan problemləri qarşılıqlı müzakirə edərək həll etmək istəyirik, bunlar təkidlə olacaq işlər deyil. Rusiya ilə münasibətlərimiz isə Avropa İttifaqı ilə, ya da ABŞ-la münasibətlərə alternativ deyil. Türkiyə xarici siyasətdə tarazlığı güdür" — deyə o bildirib.

391
Əlaqədar
Almaniyadan gözlənilməz Türkiyə çağırışı: ABŞ-a qarşı müqavimət göstərək
Avropada Türkiyə ilə bağlı narahatlıqlar artır
Rusiya və Türkiyə kritik görüşə hazırlaşır
Türkiyə və Yunanıstan arasında yeni qalmaqal