Donald Tramp

Trampdan ilginc etiraf: "Branson üçün mübarizə aparırıq"

96
(Yenilənib 14:06 28.08.2018)
ABŞ prezidentinin açıqlanması maraqla qarşılansa da, "irəliləyiş əldə etmişik" deyərkən nəyi nəzərdə tutduğu müəmmalı qalıb

BAKI, 28 avqust — Sputnik. Ağ Ev rəhbəri Donald Tramp ABŞ ilə Türkiyə arasında gərginliyə səbəb "rahib Branson işi" ilə bağlı maraqlı açıqlama verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ lideri dünən axşam saatlarında Yevangelist icmasının nümayəndələrini qəbul edib. Qəbul zamanı Tramp "Rahib Branson üçün mübarizə aparırıq və böyük irəliləyiş əldə etmişik" deyə bildirib.

Bir zamanlar vəhşi qərbdə filmindən kadr
© Foto : Bir zamanlar vəhşi qərbdə filmindən kadr

Tramp Türkiyədə ev həbsində olan Bransonu geri gətirməyə çalışdığını və bunun üçün mübarizə apardığını qeyd edib: "Bəzi xoşagəlməz hadisələrin olmasının qarşısını alırıq. Aralarında Şimali Koreyadakı rahib də olmaqla, girovları evlərinə qaytardıq. Hazırda rahib Bransonun azad olması üçün mübarizə aparırıq".

Trampın bu sözləri maraqla qarşılansa da, "irəliləyiş əldə etmişik" deyərkən nəyi nəzərdə tutduğu müəmmalı qalıb.

Qeyd edək ki, seçki ərəfəsində ciddi sıxıntılarla üzləşən Trampa Yevangelist icmasından ciddi dəstək gəlib. Tramp həmin icmanın üzvü olduğu deyilən Bransonun azad edilməsi üçün Türkiyəyə təzyiqlər edir. Hazırda "Branson işi" ilə əlaqədar Vaşinqtonla Ankara arasında gərginlik yaşanır.

96
Teqlər:
Yevangelist icması, mübarizə, rahib Branson, Türkiyə, ABŞ, Donald Tramp, Ağ ev
Əlaqədar
Almaniyadan gözlənilməz Türkiyə çağırışı: ABŞ-a qarşı müqavimət göstərək
Ekspert: “Türkiyənin ABŞ-a qarşı sanksiyalarının effektli olacağına inanmıram”
Türkiyə-ABŞ ticarət müharibəsi: Qalib bəllidir
Türkiyə ABŞ-a xəbərdarlığını yolladı: Ancaq sizin istəyinizlə ola bilməz