Həblər, arxiv şəkli

Aspirin haqqında mif yalan çıxdı

323
(Yenilənib 03:19 28.08.2018)
Nəticələr, aspirinin onlara heç bir kömək etmədiyini, ürək xəstəlikləri riski faizinin gözlənildiyindən çox olduğunu göstərib

BAKI, 28 avqust — Sputnik. Bu günə qədər də sağlam insanın hər gün bir həb aspirin qəbul etməsinin illər sonra həmin insanın infarkt və iflic olma riskini azaldığı kimi düşüncələr var idi.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "New England Journal of Medicine" jurnalında çap olunan məqalədə aspirinlə bağlı araşdırma haqqında məlumat verilib. Bu məlumatda deyilir ki, əvvəllər ürəyində problem olan 12 546 nəfərə 5 il ərzində az miqdarda aspirin verilib. Nəticələr, aspirinin onlara heç bir kömək etmədiyini, ürək xəstəlikləri riski faizinin gözlənildiyindən çox olduğunu göstərib.

Bundan əlavə, əvvəllər ürəyi xəstə olmayan 15 480 nəfərə 7.5 il ərzində hər gün az miqdarda aspirin veriblər. İllər ərzində aparılan araşdırmanın nəticəsi göstərib ki, həmin şəxslərin ürəyində xəstəlik riski böyük olub.

Aspirin qəbul edən insanlarda qarın ağrısı, burun-boğaz xəstəlikləri, həzm problemi yaranıb. Bu dərmanın əvvəllər güman edildiyi kimi xərçəng xəstəliyinə qarşı da heç bir effekti yoxdur.

323
Teqlər:
mif, aspirin, xərçəng, dərman, ürək-damar xəstəlikləri