Holland polisi, arxiv şəkli

İyirmi il öncə öldürülən uşağın qatili tapıldı

107
(Yenilənib 00:48 28.08.2018)
Son 6 ayda 15 min kişinin könüllü olaraq qatıldığı DNT testi nəticələrinə uyğun olaraq, polis şübhəlini müəyyən edə bilib

BAKI, 28 avqust — Sputnik. 20 il öncə Hollandiyada öldürülmüş 11 yaşlı oğlanın qatili tapılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, uşağın qatili olan 55 yaşlı Coş Breç DNT analizi nəticəsində aşkarlanıb və İspaniyada həbs edilib.

Nikki Verstappen
Nikki Verstappen

Məlumata görə, Nikki Verstappen adlı uşaq 1998-ci ilin avqustun 10 da yay düşərgəsində itkin düşüb və bir gün sonra meyiti tapılıb. Həmin il çox adamın ifadəsi alınsa da, uşağın qatili illərlə tapılmayıb. Son 6 ayda 15 min kişinin könüllü olaraq qatıldığı DNT testi nəticələrinə uyğun olaraq, polis şübhəlini müəyyən edə bilib.

Əslində DNT nümunəsini Çoş deyil, ailəsi təqdim edib. Polisə görə, Çoş Breç hadisədən bir neçə saat öncə uşağın yanında olub.

Çoş Breçin həbsi
Çoş Breçin həbsi

Cinayətin baş verdiyi dövrdə Coş uşaq bağçasında müəllim işləyirmiş.

Daha sonra Avropa ölkələrinə səfər edən Coş keçən il Fransaya köçüb.

Polisdən bildiriblər ki, Coşun adı bundan əvvəl də 1985-ci ildə cinsi zəmində törədilmiş cinayətdə hallansa da, dəlil yetərsizliyindən onun haqqında cinayət işi açılmayıb.

Coş Breçin cinayətin işləndiyi günlərdə yay düşərgəsi yaxınlığında olub, Limburq polisi tərəfindən iki dəfə ifadəsi alınıb, dəlil tapılmadığı üçün azad buraxılıb.

107
Teqlər:
Hollandiya, DNT analizi, qatil, uşaq, ölüm, müəllim, düşərgə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qaribaşviliyə: Üçtərəfli mexanizm liderlər səviyyəsində canlandırılmalıdır

56
(Yenilənib 23:43 01.08.2021)
Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

BAKI, 1 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.

Sputnik Türkiyə xəbər verir ki, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.

Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.

Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradzenin strateji tərəfdaşlarla münasibətlərə dair suallarını cavablandırarkən deyib ki, Türkiyə Gürcüstanın strateji tərəfdaşı və bir nömrəli ticarət tərəfdaşıdır.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iqtisadi-ticari əlqələrin daha da inkişaf etdirilməsinə hazırlıq ifadə olunub. Bu əlaqələrdə müsbət dinamika müşahidə edilir. Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 3 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək istəyirik və bu yaxın illər üçün bizim vəzifələrimizdən biri olmalıdır. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli format çərçivəsində də müzakirələr aparırıq", - o, deyib. 

İ.Qaribaşvili bu il Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsinin planlaşdırıldığını qeyd edib.

56

FHN-in qüvvələri yanğınların bəzi istiqamətlərdə genişlənməsinin qarşısını alıb

19
(Yenilənib 20:12 01.08.2021)
Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq, Nazirliyin qüvvələri yanğınlarla mətinliklə mübarizə aparır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirir.

Belə ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb.

Türkiyədə meşə yanğınları

Qeyd edək ki, son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 7 nəfər dünyasını dəyişib. 

Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər.

Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.

Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.

Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

 

19