Almaniyanın xarici işlər naziri Heiko Maas

Almaniyadan gözlənilməz Türkiyə çağırışı: ABŞ-a qarşı müqavimət göstərək

406
(Yenilənib 20:43 27.08.2018)
Almaniyanın xarici işlər naziri Heiko Maas ABŞ-la əlaqələri nəzərdən keçirməyin vaxtı çatdığını bildirib

BAKI, 27 avqust — Sputnik. Almaniyanın xarici işlər naziri Heiko Maas ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalara qarşı Avropanın reaksiya göstərməsinin lazım olduğunu söyləyib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, nazir, "Rusiya, Türkiyə və Çinə tətbiq edilən və bəlkə də gələcəkdə digər tərəfdaşlarımıza tətbiq ediləcək plansız və spesifik olmayan sanksiyalar səbəbindən ABŞ-a müqavimət göstərməliyik" – deyib.

Onun sözlərinə görə, ABŞ ilə əlaqələri nəzərdən keçirməyin vaxtı gəlib.

Qeyd edək ki, Solsberi hadisəsinə görə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar bu gün saat 00.00-dan etibarən qüvvəyə minib. Yeni məhdudiyyətlər özündə, "təcili humanitar yardımlar, qida məhsulları və kənd təsərrüfatı məhsulları" istisna olmaqla, ABŞ tərəfindən Rusiyaya bütün yardımların dayandırılmasını əks etdirir. Həmçinin, ABŞ tərəfi Rusiya dövlət şirkətlərinə silah və ikili təyinatlı (kosmosda əməkdaşlıq və vətəndaş aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi) məhsulların ixracı üçün lisenziya verməyi də dayandırıb.

Bundan başqa, istənilən ABŞ təşkilatı Rusiyaya "hər hansı kredit, kredit zəmanəti və digər maliyyə dəstəyi" etməkdən imtina edəcək.

İkinci daha sərt sanksiyalar paketinin noyabr ayında tətbiq ediləcəyi gözlənilir. Bura rusiyalı hüquqi şəxslərin kreditləşməsi, məhsulların idxal və ixracının da daxil ediləcəyi gözlənilir.

406
Teqlər:
ABŞ, Almaniya, Türkiyə, Avropa, etiraz, sanksiya, müqavimət
Əlaqədar
Avropada Türkiyə ilə bağlı narahatlıqlar artır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qaribaşviliyə: Üçtərəfli mexanizm liderlər səviyyəsində canlandırılmalıdır

9
(Yenilənib 23:43 01.08.2021)
Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

BAKI, 1 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.

Sputnik Türkiyə xəbər verir ki, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.

Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.

Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradzenin strateji tərəfdaşlarla münasibətlərə dair suallarını cavablandırarkən deyib ki, Türkiyə Gürcüstanın strateji tərəfdaşı və bir nömrəli ticarət tərəfdaşıdır.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iqtisadi-ticari əlqələrin daha da inkişaf etdirilməsinə hazırlıq ifadə olunub. Bu əlaqələrdə müsbət dinamika müşahidə edilir. Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 3 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək istəyirik və bu yaxın illər üçün bizim vəzifələrimizdən biri olmalıdır. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli format çərçivəsində də müzakirələr aparırıq", - o, deyib. 

İ.Qaribaşvili bu il Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsinin planlaşdırıldığını qeyd edib.

9

FHN-in qüvvələri yanğınların bəzi istiqamətlərdə genişlənməsinin qarşısını alıb

18
(Yenilənib 20:12 01.08.2021)
Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq, Nazirliyin qüvvələri yanğınlarla mətinliklə mübarizə aparır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirir.

Belə ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb.

Türkiyədə meşə yanğınları

Qeyd edək ki, son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 7 nəfər dünyasını dəyişib. 

Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər.

Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.

Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.

Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

 

18