Qızqaçırma 3 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnib

© pixabay / zseeeeƏlləri bağlı qız, arxiv şəkli
Əlləri bağlı qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İki ailə arasında baş verən davada 3 nəfər ölüb, 4 nəfər yaralanıb

BAKI, 27 avqust — Sputnik. Türkiyənin Hatay bölgəsinin İsgəndərun ilçəsində qızqaçırma hadisəsi faciə ilə nəticələnib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən iki ailə arasında baş verən davada 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə dünən axşam 22:00 radələrində Aşkarbəyli məhəlləsində baş verib. H.Y. adlı oğlan ailə qurmaq üçün K.O. adlı qızı qaçırmaq qərarına gəlib. Bundan qəzəblənən K.O.-nun böyük qardaşı İsa O. Aşkarbəyli məhəlləsinə gedərək H.Y. ilə dava edib və onun ailə üzvlərini güllələyib.

Hadisə zamanı bəyin atası və iki qardaşı, həmçinin İsa O. yaralanıb. Nəticədə bəyin atası, bir qardaşı və İsa O. həlak olub. Daha 4 nəfər isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0