BAKI, 27 avqust — Sputnik. Almaniyanın Maliyyə Xidmətləri Nəzarət Şurası (BaFin) bəzi alman banklarının Türkiyədəki fəaliyyətləri üzərindəki nəzarətini artırıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Almaniyanın "Börsen Zeitung" qəzeti yayıb.
Məlumata görə, bu bankların Türkiyədəki fəaliyyətləri ilə bağlı Almaniyanın orqanlarına daha nizamlı olaraq, yəni həftədə bir neçə dəfə məlumat verməsi tələb olunub. Bu bankların kiçik və orta banklar olduğu qeyd olunur.
Əlavə edilir ki, BaFin nəzarət altındakı banklardan hansısa birinin təhlükədə olmadığı qənaətindədir. Ancaq BaFin-dən məsələyə dair rəsmi bir açıqlama gəlməyib.
Türk lirəsinin ilin əvvəlindən bəri dollar və avro qarşısında dəyər itirməsi və Türkiyə şirkətlərinin xarici banklara olan borcları Avropa banklarına qarşı risklərlə bağlı narahatlıqlara yol açmışdı.
BAKI, 17 yanvar - Sputnik. Gürcüstanda ötən sutkada koronavirusa 780 yeni yoluxma faktı təsdiqlənib, 1 608 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 247 805 nəfər yoluxub. Onların 232 993-ü sağalıb, 2 933-ü isə ölüb.
Karantin rejimində 472, stasionar nəzarətdə 3 659 nəfər var. 649 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Leonid Valitov bu məqsədlə cəmi iki əşyadan istifadə edir: rəsm və kürək. Leonid “Photoshop”proqramında eskizlər yaradaraq onları işarələyir və sonra buz meydançasına köçürür. Adətən, rəsmləri gecələr çəkir, çünki həmin vaxt kortda heç kim olmur.
Həmin vaxt meydançadakı qar örtüyü də hamar olur və iş prosesini asanlaşdırır. Bir standart rəsm üzərində iş 5 saata yaxın vaxt aparır.
BAKI, 17 yanvar - Sputnik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndələri Ağdam şəhərində Cümə Məscidində olduqdan sonra, Ağdam Dram Teatrının qalıqları ilə də tanış olublar.
APA-nın verdiyi məlumata görə, qonarlar çörək muzeyinə də baş çəkib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə bildirib ki, o arzu edir ki, Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpa olunsun:
“Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. İndidə onu arzulayıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək.
Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”.